Təravət
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bütün doktrinaları, dogmaları, inancları rədd edin... bütün “-izmləri” rədd edin. Özünüzü onlardan azad edin, təravətli olun, ləkəsiz olun. Və sonra ağıl sizdə görünəcək. Oşo
D
redaktə- Dosta vəfasızsan söyləyib atma,
Qartalı uçuşdan əyləyib atma.
Alqayıt, dərsən də iyləyib atma
Saxla təravəti güldən yadigar. Alqayıt - Dünya elə bir yurddur ki, xaraba qalması, yox olması, əhlinin isə onu atıb getməsi, köçüb itməsi labüddür. Çox şirindir, təravətlidir, amma istəyəndən tez qaçıb gedər. Bəsirət gözüylə ona baxan varlığından şübhəyə düşər. Ən gözəl, ən xeyirli bir azuqəylə köçüb gedin oradan. Kifayət edəcək şeydən artığını istəməyin, sizi aparacaq şeydən artığını diləməyin ondan. Əli
- Düşüncələr də çiçəklər kimidir. Ayrı-ayrı qırıldıqda daha təravətli və parlaq olur. Pyer Büast
E
redaktə- Ehtiras: bu, təravətini itirənlər üçün şirin zəhər, şir iradəsi olanlar üçün isə ürəyi möhkəmləndirib ona güc verən, hörmətlə qorunub saxlanılan şərabların ən yaxşısıdır. Fridrix Nitsşe
Ə
redaktə- Əsl sevgi yuxudan ayılmaq kimidir, adam dincəlir. Bütün varlığında bir təravət, bir sağlamlıq hiss edir. Elə əsl səadət də budur. Nikolay Çernışevski
H
redaktə- Hər gün gecə düşür; stress və əzabların, qayğı və kədərlərin üstündə yuxunun bərəkəti açılır, onları sakitləşdirir və yatırır. Hər təzədən bu təravət və rahatlıq qarışığı quruyan dodaqlarımıza təqdim edildiyini, döyüşdən sonra bu mülayimliyin titrəyən əzalarımızı sovurduğunu, ondan tərdən, tozdan və qandan təmizlənmiş, güclənmiş, təzələnmiş, cavanlaşmış, bir daha az qala məsum, demək olar ki, saf cəsarət və qeyrətlə yenidən irəli gedə bilərik - mən bunları həyatın bütün böyük faktlarının ən xeyirxahı, ən təsirlisi hesab edirəm. Tomas Mann
İ
redaktə- İkinci təravət – bu cəfəngiyatdır. Təravət bir dəfə olur – birinci və sonuncu. Əgər ikinci təravət varsa, o içəridən çürükdür. Mixail Bulqakov
Q
redaktə- Qədim kitabların füsunkar təravəti şərabı andırır. Qrem Qrin
M
redaktə- Mənə aydındır ki, siz bir şeyə vaxtından daha çox bağlı ola bilməzsiniz. İdeyalar müəyyən təravətini itirir, ideyaların saxlanma müddəti olur və bəzən onları başqa ideyalar əvəz etməli olur. Alan Alda
Ö
redaktə- Özünü şux göstər, özünü saxla,
Getməsin üzündən təravət əsla.
Amma düşünmə ki, ölüm nə gəzir?
O, durar qapında bir gün müntəzir. Mirzə Şəfi Vazeh