Tamahkar
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Azadlığın çox olmasını görən insanlar pul, hakimiyyət ardınca qaçmağa başlayıblar, tamahkar və laqeyd olublar. Hər şeyin günahkarı kapitalizmdir. Cabir İmanov
İ
redaktə- İki tamahkar vardır ki, doymaq nə olduğunu bilməz; bunlardan biri biliklərə yiyələnmək istəyənlərdir, biri isə dünyanı fəth etmək niyyətinə düşənlərdir. Məhəmməd peyğəmbər
K
redaktə- Kommersiyanın tamahkar ruhu üçün nə vətən, nə hisslər, nə də prinsiplər var. Tomas Cefferson
- Kölənin bir ağası olur, tamahkar isə ona yardım edən hər bir kəsin köləsidir. Ralf Uold Emerson
M
redaktə- Mən yenə də əvvəlki tək özümü tamahkar və eqoist insan hesab edirəm… Mənim ehtiyaclarım həddindən artıq böyükdür və mən yenə də öz maraqlarımı hər şeydən üstün tuturam. Corc Soros
T
redaktə- Tamahkar adam haramdan əl çəkməz. İmam Əli
- Tamahkar adam yaramaz olar. İmam Əli
- Tamahkar insanın ürəyi yağış gözləyən okeana bənzəyir. Pyer Büast
- Tamahkar öz nəfsinin quludur. Azərbaycan atalar sözləri/T
- Tamahkara dünyanı bağışlasan da, gözü doymaz. Riçard Beyker
- Tamahkara dünyanı da versən, doymaz. Sədi Şirazi
- Tamahkarı yalanşı aldadar. Azərbaycan atalar sözləri/T
- Tamahkarın gözü kor olar. Azərbaycan atalar sözləri/T
- Tamahkarın gözünü torpaq doydurar. Azərbaycan atalar sözləri/T
Y
redaktə- Yadda saxlayın ki, tamahkar və fırıldaqçı adam vaxtında bu keyfiyyətlərindən əl çəkə bilməyib və nəticədə ölümə məhkum edilib. Bu, hamımızın öləcəyi faktı qədər dəyişməzdir. Çarlz Dikkens
Z
redaktə- Zəlil adam tamahkar olar. Türk atalar sözləri