Bu müzəffər xalqın (türklərin) yalnız tarixçiləri çatışmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yaysınlar… Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub əbədi məğlubedilməzliyinə inanıb, keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır. Şarl Lui Monteskyö
Tarixi tarixçilərə buraxın. (Fransa parlamentinə) Əli Babacan
Tarixçilər əvvəlki tarixçilərin yazdıqlarını fakt kimi, onlara istinadla yazdıqlarını isə artıq sübut olunmuş həqiqət kimi qəbul edirlər. Bu isə elmin imitasiyasıdır. Tur Xander
Tarixçilər keçmişi, ideoloqlar isə gələcəyi saxtalaşdırır. Jül Petan
Tarixçilər öz müştərilərini yalnız onların ölümündən sonra müdafiə edən vəkillərdir. Moris Harold Makmillan
Tarixçinin bədxah xislətinin əlaməti hekayənin iki və ya daha çox variantının həmişə tarixi şəxsiyyəti daha qaranlıq işıqda təsvir edənə üstünlük vermək istəyidir. Plutarx