Vüsal
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ayrılıq eşqi kəskinləşdirir, vüsal isə daha da gücləndirir.Tomas Fuller
B
redaktə- Bir neçə gün hicran dağıyla tək qalsan
ayrılıqdan sonra xoş olar vüsal.. Nizami Gəncəvi
H
redaktə- Həqiqi, təmiz məhəbbət müqəddəs bir hissdir. Onu pul ilə almaq, pııla satmaq olmaz, Bu hiss şan-şövkətdən, tac və taxtdan əl çəkdirər.Bıı hiss padşahı gədadan ayırmaz, Həqiqəti təmiz məhəbbət məzhəb, din bilməz və çirkin fıkirlər bəsləməz,.. Məşuqun məbudun vüsalına çatıb sonra ölmək ancaq həqiqi, təmiz məhəbbətin nişanəsidir. Məbud idealdır. Həqiqi, təmiz məhəbbət sahibi məbuduna, məşuquna çatırsa, ideala çatan kimidir.Nəriman Nərimanov
- Hər qızılgülün öz tikanı var, bu da onun saçdığı ətrin dəyəridir. Kef məclislərinin dəyəri – sərxoşluqdan sonrakı süstlükdür. Özünün ən atəşli vüsalına yetişmək üçün sən illərlə həsrət çəkməlisən.Ömər Xəyyam
M
redaktə- Məhəbbət əzmi... çox vaxt məhəbbətin özü kimi qəbul olunur; maneələr onu ehtirasa çevirir, vüsal isə yox edir. Vissarion Belinski
N
redaktə- Namə vüsalın yarısıdır. Azərbaycan atalar sözləri/N
Ş
redaktə- Şam çadırımdakı cansızların kölgəsini necə də dirildib. Yanımdan dinməzcə burulub keçən çayın sakitliyini lilli suda toqquşan daşlar pozur. Su hey qalxır, qalxır, dalğaları çadırımın ətəyini yalayacaq qədər yaxınlaşır. Bu aramsız yağan yağış - göylərin göz yaşı... Göylərin dərdi necə də böyükdür. Göy gurultusu - elə bil göydəki nizam sökülür. Nə sakitliyinə sakitlik, nə də səsinə səs çatmaz, göylər! Sən bizi göz yaşlarınla qarşıladın! Səndən başqa mənim üzümü göz yaşları ilə kim islatdı? Qoy taleyim küsməsin, bu sözümü elə belə dedim. Vüsalı şirin olsa da, belə həsrətə dözmək çətin olardı. Xudu Məmmədov