Yararsız
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bəşəriyyət torpağa həyat verən təmiz su kimidir. O, öz parçaları ilə torpağa ziyan vuran, onu kölgəsi ilə örtən yararsız qayaları quru qoyur və özünü müəyyən bir səviyyədə saxlayır. Jan Jak Russo
D
redaktə- Dahi – dahi olduğuna görə günahkar olmadığı kimi, bəzi adamlar da yararsız olduqlarına görə günahkar deyillər. Anna Bartkulaşvili
G
redaktə- Günahı gizli saxladığınız müddətcə, orucda, namazda və tövbədə qorxu ilə təsəlli axtardığınız müddətcə yararsız bir münafiq olaraq qalacaqsınız. Qriqori Rasputin
H
redaktə- Həyatda elə fırtınalar olur ki, adi xəritələr və mənəvi meyarların kompasları onlar üçün yararsız olur. Teodor Drayzer
İ
redaktə- İnqilabi fırtınalar zamanı gəminin sükanını avar çəkməyə belə yararsız olan insanlar idarə edirlər. Pyer Büast
- İnsan daha çox lazımsız və ya yararsız bir şey etməkdən qorxduğu, amma digər tərəfdən çox vaxt bir şeyi çoxlu hərəkətlərlə zənginləşdirən təbiətin müdrikliyinə riayət etməlidir. Nikolay Kopernik
- İnsan tarixçi rəftarını qəbul etdiyinə görə, dost sevgisi, düşmənə nifrət kimi bütün mülahizələri unutmalı olur... Çünki canlılar gözdən məhrum olanda yararsız hala düşdüyü kimi, onların tarixi də elədir, geri çəkilən həqiqət faydasız bir nağıldan başqa bir şey deyil. Polibi
- İran İslam Respublikası nüvə silahı əldə etmək istəmir, çünki bu silahlara sahib olmaq günah olar və üstəlik bu tip silahlar yararsız, zərərli və təhlükəlidir. Seyyid Əli Xameneyi
S
redaktə- Sanki müasir insanın əsas məqsədi - əvvəlcə Yer kürəsini yararsız hala salmaq və nəhayət özünü məhv etməkdir". Jan Batist Lamark
- Sevgi həyatdır, ən böyük dəyərdir. Şeirlərin, əməllərin və hər şeyin çiçəkləndiyi yer budur. Sevgi hamının qəlbidir. Ürək dayandıqda, qalan hər şey ölür, hər şey artıq, yararsız hala gəlir ... Vladimir Mayakovski
Y
redaktə- Yüksək əqli imkanlara və bacarıqlara malik uşaqlar var, lakin onların dəcəlliyi və inadkarlığı üzündən hamı onları inkar edir, yararsız hesab edir. Bu uşaqlara düzgün yanaşmanı tapıb tərbiyə etsək, onlar dahi olaraq böyüyərlər. Yan Komenski