A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Adətən, mən ümidsizliyə qapılanda tarixin bir çox epizodlarını yada salıram. Əsrlər boyunca həqiqət və sevgi həmişə qalib gəlib. Bəli, tarixdə çox qüdrətli zülmkarlar olub, amma sonda hamısı iflasa uğrayıb. Bunu həyatın çətin anlarında xatırla. Mahatma Qandi
  • Aqil zülmkara sirr açmaz. Kumık atalar sözləri

D redaktə

  • Demək olar ki, bütün böyük insanlar zülmkar olurlar, amma zülmkarlar nadir hallarda böyük insan olurlar. Pyer Büast
  • “Dindar insan”, “axmaq”, “dahi”, ”cani”, “zülmkar”- bütün bunlar hansısa adı çəkilməyəni əvəz edən pis adlardır. Fridrix Nitsşe

Ə redaktə

  • Əgər insanlar nə yedikləri və hansı dərmanlar qəbul etmələri barədə qərarı dövlətə həvalə etsələr, onlar tezliklə zülmkarın zülm verdiyi insanların gününə düşəcəklər. Tomas Cefferson

İ redaktə

  • İncəsənəti zülmkar da, cani də sevməlidir... Şekspirə, Bethovenə heyran olan insanlar Şekspirin, Bethovenin oyatdığı fikirlərinə, istəklərinə eyni ilə sevənlərin predmeti yox, ona səbəb olan şeyləri sevdikləri kimi heyran olurlar. Bu cür heyranlıqda incəsənətin həqiqi reallığı olmasa da, tam bir sonsuzluğu var. Lev Tolstoy

Q redaktə

  • Qadın xarakterində bir qul, bir də zülmkar gizlənir. Ona görə də onun dostluq etmək bacarığı yoxdur. Qadına ancaq sevgi xasdır. Fridrix Nitsşe

R redaktə

  • Rəiyyətin bacarıqsız olması zülmkarın ürəyincədir. Pyer Büast

S redaktə

  • Sizi bədbəxt eləmək istəyənlərə fikir verməməyə çalışın. Elələri çox olacaq – istər rəsmi vəzifədə olun, istər öz işinizi qurun. Əgər onlardan xilas ola bilmirsinizsə, dözün. Ancaq elə ki xilas oldunuz, dərhal onların varlıqlarını unudun. Ilk növbədə çalışın ki, onlardan gördüyünüz ədalətsiz münasibət haqqında əhvalatlar danışmayasınız; dinləyiciləriniz nə qədər canıyanan olur-olsun, buna yol verməyin. Bu tip nağıllar rəqiblərinizin mövcudluğunu daha da uzadır: çox güman ki, onlar sizin danışmağa meylli olmağınıza, təcrübənizi başqaları ilə bölüşəcəyinizə ümid eləyirlər. Özü özlüyündə heç bir individuum ədalətsizliyi (hətta bəlkə ədaləti də) təcrübədən keçirməyə dəymir. Belə yanaşma, çəkdiyiniz səyləri qətiyyən doğrultmaycaq: burada yalnız əks-sədanın dəyəri var. Bu, istənilən zülmkarın əsas prinsipidir – o zülmkar istəyir dövlət tərəfindən maliyyələşsin, istəyir öz “mən”ini rəhbər tutsun. Buna görə də o əks-sədanı susdurun, səslənməsinə imkan verməyin. Hadisə nə qədər xoşagəlməz, ya da əhəmiyyətli olur-olsun, həyatınızda, baş verməsinə sərf olunan vaxtdan artıq yer tutmasına şərait yatarmayın. Düşmənlərinizin, sizi sevməyənlərin əməllərinin vaciblik dərəcəsi göstərdiyiniz reaksiyadan asılıdır. Odur ki, onlarln yanından, ya da ortasından elə keçin, sanki onlar qırmızı yox, sarı işıqdırlar. Onlar haqqında nə fikirləşin, nə də danışın; Onları unutduğunuza, ya da bağışladığınıza görə fəxr eləməyin- ən pis halda ilk işiniz unutmaq olsun. Beləcə beyin hüceyrələrinizi lazımsız həyəcandan xilas eləyəcəksiniz; hətta bəlkə o axmaqları da özlərindən xilas elədiniz, zira unudulmaq perspektivi bağışlanmaq perspektivindən daha qısadır. İosif Aleksandroviç Brodski

Y redaktə

Z redaktə

  • Zalım şəxsin üç əlaməti vardır; günaha batıb özündən üstünə zülm edər; özü hakim olduqda özündən aşağıya zülm edər; zülmkara kömək göstərərək zülm edər. Əli
  • Zülmkar dünyada ən qorxaq insandır. O hətta bərbərin ülgücünü görəndə qorxusundan əsir və elə düşünür ki, onu kəsəcəklər. Platon
  • Zülmkarın xüsusiyyəti ürəyi qürurlu və sərbəst olanları rədd etməkdir. Aristotel
  • Zülmkarın təkəbbüründən xilas olub qaragüruh camaatın təsiri altına düşmək yolverilməzdir. Zülmkar nələr törətdiyinii bilir, camaat isə yox. Herodot
  • Zülmkarlar, müharibələr, sui-qəsdçilər olmasaydı, tarixlə nə baş verərdi? .. Doğrudanmı biz həqiqətin gizləndiyi quyunun kənarında zəncirlənərək ölmək üçün yaradılmışıq? Təkcə bu düşüncə, fəlsəfəni öyrənərək maariflənməyə ciddi şəkildə can atan hər kəsi elə ilk andan qorxutmalı idi. Jan Jak Russo

İstinadlar redaktə