Zinət
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağ üzdə qara xal zinətdir, qara üzdə ağ xal - nibət. Azərbaycan atalar sözləri/A
- Ağıl insan üçün ən gözəl zinətdir. Zeynalabdin Şirvani
B
redaktə- Bülbüllər olsa da bağın zinəti,.
Əncirlər olmuşdur qarğa qisməti. Leyli və Məcnun (Nizami)
D
redaktə- Dünyanın həqiqətinə vaqif olanlar həyatın zinət və zivərinə çətin baş əyərlər. Əhvədi
E
redaktə- Elm sahibinə böyük zinətdir. Azərbaycan atalar sözləri/E
G
redaktə- Gözəllik silahdır! Təvazökarlıq zəriflikdir! Zinət isə elmdir! Koko Şanel
- Gözlərin həyası, üzün isməti, iffətin zinəti, halal qazancın bərəkəti, səbrin yolu və qəlbin cövhəri əxlaqdır. Füyuzat jurnalı
İ
redaktə- İnsan - yer üzünün zinətidir. Maksim Qorki
- İnsanı gözəlləşdirən, ona zinət verən ən mühüm cəhətlərdən biri də onun təvazökar və sadə olmasııdır. Anton Çexov
S
redaktə- Soyuq məzara da zinətdir insan. Səməd Vurğun