Çeçen-inquş atalar sözləri
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Axırı fikir eləyən adam qorxma ola bilmə.
- Axmaq adam onda ağıllı iş görər ki, susar.
- Axmaq itiləyən xəncər, igid xəncərindən qorxulu olar.
- Axmaq varlananda ikinci arvad alar, ağıllı - öz evini qaldırar.
- Ağıl sərvəti satın alınmır.
- Ağıra - inanma, tələskəndən qorxma.
- Ana qəzəbi qar kimidir,; çox yağar, tez əriyər.
- Ana uşağı yedirir - torpaq insanı yedirən kimi.
- Anası tərifləyən qızın qiyməti artmadı.
- Atı olan qaldı, yəhəri olan minib getdi.
B
redaktə- Barsız ağaca ağac tolazlamazlar.
- Balı da çox yeyəndə acı dadar.
- Bir adamı tanımaq istəyirsənsə, dostuna bax.
- Bir yol büdrədin - yeddi yol büdrəyəcəksən.
- Boş - boşuna hürən iti qurd apardı.
Ç
redaktəD
redaktə- Dalınca yaz gələn qışdan qorxma, dalınca qış gələn payızdan qorx.
- Deyəndə ki, dünyanın ən gözəlini gətirsinlər - qarğa öz balasını çəkdi ortaya.
- Dillə verilən yumurtadan qayğanaq olmaz.
- Dostluq etmək istəmirsənsə, tanışlıq vermə.
- Duzu kim yeyibsə, suyu da o içir.
E
redaktə- Etimaddan qiymətli heç nə yoxdur.
Ə
redaktə- Əskik adam həmişə özünü xoşlar.
- Ətə qurd düşəndə duz vurarlar, bəs duza qurd düşəndə neyləsinlər?.
- Əyri - hələlik yaxşıdır, düz - həmişəlik.
G
redaktə- Gözəllik - axşama kimidir, yaxşılıq - ölənə kimi.
H
redaktə- Hara gün düşür - ora toxum ək, hara toxum əksən - orda kölgə olacaq.
- Heyvərəni heç özünlə balıq ovuna da aparma.
- Həyatdan şirin şey yoxdur, gözdən iti.
İ
redaktə- İki dəfə deyilən sözü dəyirmanda da eşitdilər.
- İrəli baxmamış addım atma, geri baxmamış söz demə.
- İti axan su dənizə çatmadı.
- İyrənc qarğanın qarıltısı da iyrənc olar.
K
redaktə- Kəndə qarşı vuruşan - evsiz qaldı, şaha qarşı vuruşan - başsız.
Q
redaktə- Qardaşsız qardaş qanadsız şahin kimidir, qardaşsız bacı - quru budaq kimi.
- Qədirbilənlik qulu knyaz elədi, qədirbilməzlik - knyazı qul.
- Qəpiklə hesablaşmayan - özü bir qəpiyə dəyməz.
- Qisas köhnəlir, amma yaddan çıxmır.
- Qılınc təkcə birini öldürdü, dil - minini.
- Qonağın axmaq olsa, yaxşı yedirt; yaxşıya olanından nə versən razı qalar.
- Qurda tuş gəlməyən keçi Kəbəyə qədər gedib çıxdı.
- Qurddan qorxan çobanın sürüsü artmaz.
- Qurdun qocalmışı cırcırama ovlayar.
M
redaktə- Min dostu olan qurtardı: min baş heyvanı olan batdı.
- Mollaya rüşvət verdilər - iti də qəbristanlıqda basdırmağa icazə verdi.
N
redaktə- Natəmiz - su ilə də yuyulmaz, təmiz - odla da yanmaz.
O
redaktə- Odla zarafat eləmə, suya inanma.
- Odu ancaq odla gücləndirmək olar.
- Oğul evləndi - ananın beli əyildi, qız ərə getdi - düzəldi.
Ö
redaktə- Öküz arıq olmasa, ailə kök olmaz.
- Ölüm ayağında siçan da dişləyər.
- Öz buğdasını səpməyə tənbəllik eləyən, özgənin daşını tanımalı oldu.
- Öz zəhməti ilə qazanılmayan şey yüngül görünür.
- Özünün atı xoş gəlir, özgənin - arvadı.
S
redaktə- Soruşanda ki, nə yaxşıdır? - dovşan dedi: "İt səni görməmiş, sən iti görəsən".
- Söz nə qədər ki, ağzından çıxmayıb-sənin qulundur, çıxdı - sən onun qulusan.
- Sözünü tutmayan, andını da tutmaz.
Ş
redaktəT
redaktə- Tezdən qalxan çobanın qoyunu əkiz doğar.
- Toxa kimi həmişə özünə, qiyməkeş kimi də həmişə özgəsinə çalışma, həm elə ol, həm də belə - mişar kimi.
U
redaktə- Ulaq quyruğundan yapışan batdı, at quyruğundan yapışan qurtardı.
- Ulaq - ulaq olduğunu ancaq o zaman bildi ki, qulağından dartdılar.
- Ulaya - ulaya gəzişən qurd maral ovlaya bilmədi.
V
redaktə- Vurnuxan tülkü yatmış qurda üstün gəldi.
Y
redaktə- Yaxşı oğul ata ürəyini sevindirər.
- Yaxşı yoldaşla dünyanın o başına da getmək olar.
- Yalan bir müddət daha yaxşıdır, amma həqiqət əbədidir.
- Yayda bir gün itirən - qışda on gün ac qalar.
- Yayın bir günü qışın bir ayını yedirir.