Ulaq
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- At bir aylıq yolu fikirləşər, dəvə - bir illik, ulaq isə ayağının altındakı. Qaraqalpaq atalar sözləri
B
redaktə- Biz olmayan cənnətdə istəyir lap ulaq anqırsın. Assuri atalar sözləri
- Bu qədər ulaq ola-ola biz niyə piyada qalmışıq. Fars atalar sözləri
D
redaktə- Dedilər: "Ay ulaq, gəl səni aparaq cənnətə". Soruşdu: "Bəs orda qanqal var?" Kürd atalar sözləri
Ə
redaktə- Əzrayıl axsaq ulaq kimidir - hər qapıda dayanır. Assuri atalar sözləri
O
redaktə- O kəs sahib olar ağla, kamala.
Hikmətdən, öyüddən yaxşı dərs ala.
Duyğusuz ürəklə, duyğusuz qulaq,
Ya eşşək gəzdirər, ya da ki, ulaq. [1] Əmir Xosrov Dəhləvi
U
redaktə- Ulaq haradan su içsə, oranı bulandırar. Benqal atalar sözləri
- Ulaq quyruğundan yapışan batdı, at quyruğundan yapışan qurtardı. Çeçen-inquş atalar sözləri
- Ulaq noxtası ilə bağlanar, adam dili ilə. Ərəb atalar sözləri
- Ulaq toyda da su daşıyar. Lak atalar sözləri
- Ulaq - ulaq olduğunu ancaq o zaman bildi ki, qulağından dartdılar. Çeçen-inquş atalar sözləri
- Ulaq yeddi cür üzmək bilir, amma suyu görəndə hamısı yaddan çıxır. Kürd atalar sözləri
- Ulağa gücü çatmır, acığını palanına tökür. Azərbaycan atalar sözləri/U
- Ulağa minənin ayaqları dinc durmaz, iki arvad alanın qulaqları. Qaraqalpaq atalar sözləri
- Ulağı ya odun daşımaq üçün, ya da su gətirmək üçün çağırarlar. Ərəb atalar sözləri
- Ulağın qulağını kəsdilər, soruşdu ki, "Nə olub?" Abxaz atalar sözləri
İstinadlar
redaktə- ↑ Aforizmlər və hikmətli sözlər.Bakı, 2005,səh.9-10