Molla
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Banlayan toyuq mollaya düşər. Azərbaycan atalar sözləri/B
E
redaktə- Ey elm təhsil edən cavanlarımız! … Vətən qardaşlarınızla üns tutmaq çətindir. Siz danışdığınızı onlar başa düşməyib, əfalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər… Amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü milləti qardaşlarınızı atıb onları kor və sərgərdan qoyasınız. Pəs ləzzəti dünyaya təmə etməyib öz qardaşlarınızı əməli xeyrə vadar edin. Qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun, əvamünnas daşa bassın, siz millət üçün zəhmət çəkirsiniz və bişəkk, gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq… Həsən bəy Zərdabi
H
redaktə- Heyvan otdan, molla aşdan doymaz. Tatar atalar sözləri
- Heyvan ölsə qarğa sevinər, insan ölsə - molla. Tatar atalar sözləri
M
redaktə- Mənim xalqımı rəzil edən o bayquşları (mollaları) tabutum üstündə ulaşmağa qoymayın! Mirzə Fətəli Axundov
- Molla alacağın unutmaz. Azərbaycan atalar sözləri/M
- Molla bəyə qoşuldu, xalqın evi yıxıldı. Azərbaycan atalar sözləri/M
- Molla evindən aş çıxmaz, kor gözündən yaş. Azərbaycan atalar sözləri/M
- Molla haqqında yaman desən dilini kəsərlər, padşah haqqında yaman desən - əlini. Başqırd atalar sözləri
- Molla halvanı yedi, yasini unutdu. Azərbaycan atalar sözləri/M
- Molla Qurandan kəsər, şeytan imandan. Azərbaycan atalar sözləri/M
- Molla Nəsrəddin sağ ola, eşşəklərini qurd yeyə?! Azərbaycan atalar sözləri/M
- Molla olmaq çox asan, adam olmaq çox çətin. Azərbaycan atalar sözləri/M
- Molla tuluq zurnasıdı, qarnı dolmasa, səsi çıxmaz. Azərbaycan atalar sözləri/M
- Molla öz məscidindən uzağa getməz. Benqal atalar sözləri
- Molla "ver" deyəndə eşitmir, "al" deyəndə eşidir. Tatar atalar sözləri
- Mollanı iki yerə çağıranda bağrı çatlar. Azərbaycan atalar sözləri/M
- Mollanın qarnı yeddi qoyunun dərisindən tikilib. Tatar atalar sözləri
- Mollası çox olan yerin toğlusu yox olar. Türkmən atalar sözləri
- Mollaya dedilər: qonşuda bir kasıb ölmüş, dedi: naxoşam. Azərbaycan atalar sözləri/M
- Mollaya rüşvət verdilər - iti də qəbristanlıqda basdırmağa icazə verdi. Çeçen-inquş atalar sözləri
N
redaktə- Nadan molla imandan eləyir, nadan təbib candan eləyir. Tatar atalar sözləri
O
redaktə- Ot çox olan yerdə öküz kökələr, ölü çox olan yerdə - molla. Qaraqalpaq atalar sözləri
P
redaktə- Pula tək mollanı yox, bütün şəriəti ala bilərsən. Ləzgi atalar sözləri
Mənbə
redaktə- Dünya xalqlarının atalar sözləri. Bakı, 2015