Göl
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Alabalıq, göl hələ buz altında olanda kürü tökür. Fin atalar sözləri
BRedaktə
- Biri tüpürsə - bir olar, el tüpürsə - göl olar. Tatar atalar sözləri
- Böyük balıq göldə yaşamır. Yapon atalar sözləri
- Böyük göllər də öz sahilindən çıxmır. Monqol atalar sözləri
ÇRedaktə
- Çaylar, göllər və kiçik çaylar - bütün bunlar müxtəlif adlara malikdirlər amma onları birləşdirən hər birinin tərkibinin sudan ibrət olmasıdır. Dinlər də belədir, müxtəlif cür səslənsə də bütün dinlərin əsasının düzgünlük olmağı onları birləşdirir. Məhəmməd Əli
DRedaktə
- Dama dama göl olar, dada dada heç. Azərbaycan atalar sözləri/Ümid, arzu və istək
- Dama - dama göl olar, heç dammasa - çöl olar. Türkmən atalar sözləri
- Dayan, getmə, eşqimizdən imtina edə bilməzsən, göllərin gözəl çiçəyi. Coni Bravo
ERedaktə
- Elə bil qurbağa gölünə daş atdılar. Azərbaycan atalar sözləri/E
- Ey gənc qız! Sənin sadəliyin gölün şəffaflığı kimidir, o sənin sədaqətinin dərinliyini göstərir. Rabindranat Taqor
GRedaktə
- Göl qamışsız olmaz, ürək qəmsiz. Başqırd atalar sözləri
- Gölə şöhrəti balıq gətirir. Qaraqalpaq atalar sözləri
XRedaktə
- Xalqın göz yaşı göl yaradar. Qazax atalar sözləri
KRedaktə
- Kişi seldir, arvad göl. Azərbaycan atalar sözləri/K
QRedaktə
- Qurbağasız göl olmaz, nöqsansız adam. Qırğız atalar sözləri
- Qurumuş gölün sonası olmaz, hərdəmxəyal adamın - dostu. Monqol atalar sözləri
- Quşlar barsız ağacları, qu quşları qurumuş gölləri, qadınlar pulu tükənən kişiləri, nazirlər devrilmiş hökmdarı, arılar solğun çiçəkləri, heyvanlar isə yandırılmış meşəni tərk edirlər. Kim kimi idarə edir? Özünüzdə məmnunluq tapmağa çalışın. Çanakya
ŞRedaktə
- Şaxta olmasa gölün dibi donmaz. Çeçen-inquş atalar sözləri
- Şeh damcısı gölə dedi: “Sən şanagüllə yarpağının altındakı böyük şeh damcısısan, mən isə onun üstündəki kiçik damlayam”. Rabindranat Taqor
TRedaktə
- "Türklərdən bəhs edirəm... Düşməninə hücum edərkən amansız bir qasırğaya, qorxunc bir dənizə və insafsız bir ildırıma bənzəyən Türk;dost yanında və silahsız düşmən qarşısında bir səhər yelidir, sakit bir göldür. Türkü incitdiyin zaman könül açan bu yel bir ildırıma, göz qamaşdıran bu göl coşqun bir dənizə çevirilir". Torkvato Tasso
URedaktə
- Uşaq evdə böyüyər, balıq-göldə. Azərbaycan atalar sözləri/U
YRedaktə
- Yolçuya yol gərək, qurbağaya göl gərək. Türk atalar sözləri