İntizam
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Anam məni ciddi nizam-intizam içində böyüdüb. Atam, elə də çox qazanmırdı. Anam evin gəlirindən məsul idi. Buna görə də bizimlə həssas və yumşaq davranmaq kimi lüksü yoxdu. Anam mənə işləməyi və vaxtımı boşuna keçirməməyi öyrətdi. Vudi Allen
B
redaktə- Bаşçı vаr gücü ilə çаlışmаlıdır ki, tаyfаdа intizаm və əxlаq fоrmаlаşsın, sоnrа isə yоrulmаdаn оnu möhkəmləndirməlidir. Atilla
- Bаşçıyа əxlаqın və yа intizamın zəifləməsi ilə bаrışmаq yоlvеrilməzdir. О, əxlаq və intizаmа söykənir və еlə özü də оnlаrı yаyır. Atilla
- Bir fərd üçün dəyərli ola bilən ibadət və mənəvi intizam formaları, o sinif daxilində, daha aşağı və ya daha yüksək inkişaf səviyyəsində olan fərqli bir təbəqəyə mənsub olan digəri üçün faydasız və ya hətta müsbət mənada zərərli ola bilər. Oldos Haksli
D
redaktə- Düşüncədə nizam-intizam olmasa, xaos yaranar. Uilyam Porter
X
redaktə- Xala, əgər sən bir də mənim sözümü kəsib intizamı pozsan, sənə töhmət elan edərəm. Bəxtiyar (film, 1955)
İ
redaktə- İntizam, enerji, güc və optimizm dolu güclü bir xarakter inşa etmək üçün zaman ayrıldığı zaman, çöl dünyanda hər şeyə sahib ola bilər, istədiyin hər şeyi bacara bilərsən. Qabiliyyətlərinə və məğlubedilməz ruhuna olan dərin inancını gücləndirdiyin zaman, bütün məşğuliyyətlərində müvəffəqiyyətli olmağını və böyük mükafatlar almağını heç bir şey əngəlləyə bilməz. Zehnini öyrətmək, bədəninə diqqət göstərmək və ruhunu bəsləmək üçün vaxt sərf etmək, səni, həyatında daha çox zənginlik və canlılığa çata biləcəyin bir mövqeyə gətirər. Robin Şarma
Q
redaktə- Qoçaqlıq ona deyilir ki, nəfs öz möhkəmliyi üzərində hakim olsun, qorxu vaxtı səbir və təmkinini mühafizə etsin, nizam-intizamsız hərəkətlərə yol verməsin. Nəsirəddin Tusi