İslah
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Allah rəhmət etsin o kəsə ki, öz dilini islah edər. Məhəmməd
- Araşdırma edildiyi zaman ancaq məlumat artırıla bilər; məlumat artırıldığında ancaq istək səmimi ola bilər; istək səmimi olduğunda ancaq ağıl islah edilə bilər; ağıl islah edildiyində ancaq xüsusi həyat yaxşılaşdırıla bilər; xüsusi həyat yaxşılaşdırıldığında ancaq ailə quruluşu düzəldilə bilər. Ailə quruluşu düzəldildiyində ancaq dövlət nizam içində idarə oluna bilər. Konfutsi
Ə
redaktə- Ədəbsiz, yalnız özünə pislik etməz; bütün ətrafa od salar. Su, göy, ədəb üzündən işıqlarla dop-dolu bir hala gəlmişdir; Mələk ədəb üzündən günahdan islah olunub, təmiz olmuşdur. Mövlana Cəlaləddin Rumi
- Əksər insanlar üçün islah olmaq öz çatışmamazlıqlarını dəyişmək deməkdir. Volter
- Əgər mənim ixtiyarım olsaydı, insanın islah olunmasının mümkün olmadığını təsdiq edənin dilini kəsərdim. Abay Kunanbayev
- Ən çətin islah etdiyim şey niyyətimdir. Sufyan əs-Səuri
H
redaktə- Hər kəs nəfsini sevdiyindən öz eyiblərini görə bilməz, bu eybin əlamətləri aşkar olduqda da onu dərk etməz. Bunun müalicəsi üçün deyilibdir: O adam fazil və kamil bir dost tapmalı, uzun müddət onunla oturub-durduqdan, ünsiyyət saxladıqdan sonra ixtiyar verməlidir ki, onun səhvlərini desin, o da bu səhvləri islah etsin, dostun köməyi və sədaqəti də bundadır. Bu barədə onunla möhkəm əhd-peyman bağlaya, heç bir şeyi gizlətməyə, deməyə ki, səndə heç bir eyib yoxdur, belə desə, bununla razılaşmaya, təkid edib onu doğru danışmağa məcbur edə, deməsə, dostluğa xəyanətdə təqsirləndirə, yenə əvvəlki sualına qayıda, daha da yalvar-yaxar edə, inad göstərib sussa, kədərlənə, ondan tamamilə üz döndərəcəyini, dostluğu qıracağını deyə, əl çəkməyə, nəhayət, dilə gətirməyə müvəffəq ola, eyiblərini söylədə; əlbəttə, bu vaxt onun dediklərinə etiraz etməməli, belə olmadığına sübut-dəlil gətirməməli, qaş-qabağını salıb narazılığını bildirməməlidir; əksinə, ona sevinc və şadlıqla qulaq asmalı, təşəkkürünü bildirməli, xəlvət yerə çəkilib ünsiyyəti möhkəmlətməli, səmimiyyəti artırmalı, eyiblərindən mümkünsə yaxa qurtarmağa, onları aradan qaldırmağa çalışmalı, dostunun etibarını daha çox qazanmalı, nəfsinin islahı xatirinə dönə-dönə belə etməli və dostunun sözlərindən inciməməlidir. Nəsirəddin Tusi
X
redaktə- Xoşbəxt o adamdır ki, ona edilən təhqirdən istifadə edib özünü islah edə. Uilyam Şekspir
Q
redaktə- Qadın öz ərini yalnız bir yolla islah edə bilər: onu tamamilə bezdirib həyata olan bütün həvəsini öldürməklə. Oskar Uayld