Məhəmmədhüseyn Şəhriyar
(Şəhriyar səhifəsindən yönləndirilmişdir)
Seyid Məhəmmədhüseyn Behcət Təbrizi (Məhəmmədhüseyn Şəhriyar) (1906, Təbriz, Şərqi Azərbaycan ostanı – 18 sentyabr 1988, Tehran, İran) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan azərbaycanlı şair.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Aləm qurban olsun sənə, Ya Əli!
- Alma gec dərilsə, çürümüş olar.[1]
- Ana oynaşını qeyrət gözü görsə kor olur,
Mən nə saya görəyim Vətən oynaşlarını. - Aşiqin şöhrəti və izzəti rüsvaylıqdır.
BRedaktə
- Başqasının namusuna göz tikmə! Gördüyün hər bir gəlin bir evin çırağıdır.
- Bəxtin dura, baxarsan yadlar qohum qardaşdı, amma bəxtin yatanda, qohum qardaş yad olur.
- "Bilmirəm" deməkdən utanmaz adam.
- Bilikdən güc alıb yaşamayanlar başsız külək kimi avara gəzərlər.
- Bir kəndli kimi qəmlə keçən ruzigarım var.
- Bizdən qabaqdadır avropalılar, İşi iş bilənə tapşırır onlar.
DRedaktə
ƏRedaktə
GRedaktə
HRedaktə
- Hafiz göyləri göstərən ayna, dünyada yeni bir dünyadır.
KRedaktə
- Kimi aldı, kimi satdı, satan dünya, alan dünya!?.[2]
- Kimin güclüdürsə şeri-sənəti, onun əbədidir mədəniyyəti!
QRedaktə
- Qəlbi yanmayana Şair deyilməz!.
MRedaktə
- Məkan məkansızdır, zaman zamansız.
- Mən də Fərhad kimi mərdanələrin vurğunuyam.
- Mən Qafqaza (Bakıya) gedəndə məni "qardaş" deyə çağırırlar, lakin, Tehrana gedəndə gözüm qan-yaş olur.
NRedaktə
- Nadan - canlı ölüdür.
SRedaktə
- Sahibi ağıllı olan ev tez abad olar.
ŞRedaktə
VRedaktə
ZRedaktə
MənbəRedaktə
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014
- Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. Bakı, Kitab Klubu, 2014.
Xarici keçidlərRedaktə
İstinadlarRedaktə
- ↑ Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. Bakı, Kitab Klubu, 2014.
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.204
- ↑ Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. Bakı, Kitab Klubu, 2014.
- ↑ Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. Bakı, Kitab Klubu, 2014.
- ↑ Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. Bakı, Kitab Klubu, 2014. "Şeir və hikmət" şeiri.
- ↑ Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. Bakı, Kitab Klubu, 2014.