Əzablı
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Başına vurulan zərbədən ölmək acından ölmək qədər əzablı deyil. Hər halda daha tez baş verir. Mən bunu yaxşı bilirəm – hər ikisini sınaqdan keçirmişəm. Qırılmış dostluq
Ə
redaktə- Əgər ağrı əzablıdırsa, o uzunsürən, uzunsürəndirsə, əzablı deyil. Mark Tulli Siseron
- Əgər həzzi, kədəri bölüşməyə adam yoxdursa, həzz duzsuz, kədər isə əzablı olur. Pyer Büast
- Əzablı sevgi həqiqi sevgi deyil. Gertsen
X
redaktə- Xristianlıqda, yalan söyləmək sənəti yəhudiliyin, yüz illərlə davam edən əzablı həyat və mübarizələr təcrübəsi özünün ən yüksək kamillik həddinə çatır. Xristianlar, bu zorən yalana uğramışlar (ultima ratio) elə əsl yəhudi özüdür, təpədən dırnağa qədər yəhudidir. Fridrix Nitsşe
H
redaktə- Heç bir şey çox gec gələn xoşbəxtlikdən daha pis və əzablı ola bilməz. İvan Turgenev
- Hər birimizin həyatında ən böyük haqqı olanlar sırasında müəllimin – öyrədənin yeri müqəddəs olduğunu bilin. O olmasa öyrənməzsiniz, öyrənməsəniz dərk etməzsiniz, dərk etməsəniz yaşamınız əzablı və mənasız olar. Bu haqqı heç vaxt unutmayın. Vaqif Abbasov
- Hər əzablı yolun bir istirahəti var. Səfillər (Viktor Hüqo)
Q
redaktə- Qadın üçün Hitleri doğmaq Bethoven və Dostoyevskini doğmaq qədər əzablı idi. Stanislav Eji Lets
Ö
redaktə- Ölüm bir dəfə gəlir, amma biz onu ömrü boyu gözləyirik: ölüm qorxusu ölümün özündən də əzablıdır. Jan de Labrüyer
- Özünü sevən adam üçün tənha qalmaqdan əzablı bir şey yoxdur.[1] Blez Paskal
S
redaktə- Sevgi həyatın üzüdür; amma, ağılsız, əzablı və ölən həyatın yox, xoşbəxt və sonsuz həyatın. Lev Tolstoy
T
redaktə- Tibet dilində bir söz var: "Əzablardan güc yığmaq üçün istifadə etmək lazımdır." Nə çətinlik olursa olsun, təcrübə nə qədər əzablı olursa olsun, ən böyük fəlakət ümidini itiməkdir. Tenzin Gyatso
Ü
redaktə- Ürək qocalmır, amma ilahini xarabalıqlarda yerləşdirmək necə də əzablıdır! Volter
İstinadlar
redaktə- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.213