A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bədən həmişə yaşlanır, ölümə hazırlaşır. Bu nöqtədə heç bir zaman nəzəriyyəsi əngəl olmağa məsləhərt görmür.Ölüm və zaman daim köməkləşməkdədirlər. Zaman işini asta görürkən, ölüm tez bitirir işini. Con Berqer
  • Bəzən səninlə birlikdə kimlərin qaçacağını bilmək üçün qaçmalısan. Bəzən sən daha astadan danışmalısan, əslində kimin sənə qulaq asdığını görmək üçün. Bəzən kimlərin səninlə birlikdə olduğunu bilmək üçün bir addım geri çəkilməlisən. Bəzən sən səhv qərarlar çıxarmalısan, biləsən ki, hər şey dağılanda kimlər səninlə qalacaq. Paulo Koelyo
  • Mən yalnız bir müstəbid tanıyıram, o da vicdanın asta səsidir. Mahatma Qandi
  • Nə xoş bir gözəlliyi vardır, asta addımlarla dünyadan köçənlərin. Virciniya Vulf
  • Ucadan danışmaq lazımdır ki, səni eşitsinlər, astadan danışmaq lazımdır ki, sənə qulaq assınlar. Pol Klodel
  • Yaxşı ağıla malik olmaq azdır, əsas onu tətbiq etməkdir.Ən böyük ruhlarda ən böyük qüsurlarla yanaşı, ən böyük fəzilətlər də yerləşib. Asta gedən həmişə düz istiqamətdə və bu yoldan uzaqlaşan və qaçan insandan çox uzaq məsafə qət edə bilər. Rene Dekart
  • Zəhəri dərhal içmək lazımdır: insan ya ölər, ya da sağ qalar. Onu siropla qarışdırıb qurtum-qurtum içmək iyrənc bir şeydir. Bədbəxtlik barədə yavaş-yavaş, asta-asta xəbər vermək insanı mişarla doğramaq kimidir... Rəşad Nuri Güntəkin

İstinadlar

redaktə