A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Adamlar öz asudə vaxtlarını nəyə həsr etməyi bacarmayanda faydasız məşğələlərə və əyləncələrə baş qoşurlar. Fyodor Dostoyevski
  • Asudə olmaq istəyirsinizsə hədər və boş yerə vaxt itirməyin. Vanqa
  • Asudə olum - deyirsən, gəlmə cahana. Türk atalar sözləri
  • Asudə vaxtdan ağılla istifadə edilməsi, mədəniliyin ən yüksək pilləsidir. Mark Tven

B redaktə

  • Bədbəxtliyimizin sirri ondadır ki, xoşbəxt olub-olmadığımızı götür-qoy etmək üçün asudə vaxtımız həddindən artıq çox olur. Corc Bernard Şou
  • Bir işim olmayanda, mənim hərəkətsizliyimdə, suları sakit olan dəniz sahilinin axşamı kimi, dərin bir sükunət və asudəlik var. Rabindranat Taqor
  • Biz asudə vaxta malik olmaq üçün asudə vaxtdan məhrum oluruq, sülh içində yaşamaq üçün isə müharibə edirik. Aristotel

Ə redaktə

G redaktə

  • Gözəl ədəbi əsərləri qiymətləndirmək üçün geniş təhsil, inkişaf etmiş intellekt, asudə vaxt, bir də zehni gərginlik lazımdır. Onore de Balzak

İ redaktə

  • İnsanın davranışını müşahidə edin, əməllərinin səbəbini dərk edin,onun asudə vaxtında ona baxın. O halda, bu insan sizin üçün sirr olaraq qalacaqmı? Konfutsi

S redaktə

  • Sevgi boşboğaz adam üçün bir məşğuliyyət və fəal insan üçün asudə vaxtdır. Eduard Bulver-Litton

İstinadlar redaktə