İgidlik təkcə o deyil ki, düşmənlərə qalib gələsən, öz ehtiraslarına hakim olmaq da adamdan igidlik tələb edir, yoxsa bəziləri şəhərlər üzərində hakimlik etsələr də, özləri qadınların kölələridir. Demokrit
İnsan öz səbr və dözümüylə tauna da qalib gələ bilər. Napoleon Bonapart
İnsan ruhuna silahla deyil, məhəbbət və alicənablıqla qalib gəlmək olar. Benedikt Spinoza
İnsan yalnız bilmədiyi şeydən qorxur, bilik isə hər cür qorxuya qalib gəlir. Vissarion Belinski
Mən tam dərk etmişəm ki, cəsurluq- qorxunun olmaması deyil, ona qalib gəlməkdir. Cəsur insan qorxusuz deyil, qorxuyla mübarizə aparandır. Nelson Mandela
Mənim arzu və qorxularım var idi. Arzularımın vasitəsilə qorxularıma qalib gəldim. Robin Şarma
Müharibəni və yaxud döyüşü başlamaq lazım deyil, əgər əminlik yoxdur ki, qalib gəldikdə daha çox şey əldə edəcəksən, nəyin ki, məğlub olduqda itirəcəksən. Oktavian Avqust
Şahmat həyat kimidir. Hər fiqurun öz funksiyası vardır. Bəziləri zəifdir, bəziləri isə güclü. Bəziləri oyunun əvvəlində işinə yarayar, bəziləri sonunda. Amma qazanmaq üçün hamısından istifadə etməlisən. Eynilə həyatda olduğu kimi, şahmatda da hesab tutulmaz. On fiqurunu itiribb, yenə də oyunda qalib ola bilərsən. Adam Faver
Türklər qəhrəmandır, dostlarına zərər verməzlər. Böyük türk milləti tutduğu əli buraxmaz, sözündən dönməz, yaxşı və pis gündə dostlarının yanında olar. Belə bir millətlə əl-ələ vermək, yer üzündə hər çətinliyə qalib gəlmək üçün güc qazanmaq deməkdir. Yan Komenski