Abırsızlıq, bayağı ruhun səmimi ruhla birləşdiyi yeganə formasıdır. Ali insan böyük və zərif həyasızlığın hər təzahüründə sayıq olmalı və abırsız təlxək və ya elmi satir onun qarşısında danışanda ali insan özünü təbrik etməlidir. Fridrix Nitsşe
Aktyorun ruhu var, amma ruhunun vicdanı azdır. O, özünün inandığı şeylərlə başqalarını da inanmağa məcbur edir. O, özünə inanır! Fridrix Nitsşe
Bədənimi ruhumdan ayırmaq üçün içirəm. Oskar Uayld
Bədənin çiçəklənmə dövrü 30-35 yaş arası, ruhun çiçəklənmə dövrü isə təqribən 49 yaşdır. Aristotel
Bədənlə birləşəndə ruh əqldən ayrılmış olur; bu məqamda əql insanı tərk etməsə,yenidən əlini uzadıb ruhu öz məqamına qaldıra bilər. Əbu Turxan
Dost kimdir? - iki bədəndə var olan tək bir ruhdur. Aristotel
Bir məqsədə bağlanmayan ruh, yolunu itirər. Çünki hər yerdə olmaq, heç bir yerdə olmamaqdır əslində. Mişel de Monten
Bir millət tək bir insan və tək bir ruh ola bilməlidir. Viktor Hüqo
Biz çox tez ruhdan düşürük, hər zaman ”bunu etməyin mənası nədir ki” deməyə hazırıq. Lakin, yalnız ümüd elə bir xoş haldır ki, bu əsrdə, bu günlərdə insanları yalnız həvəsləndirmək lazımdır. Aqata Kristi
Bu dünyanı Tanrı yaratdısa, onun yerində olmaq istəməm doğrusu. Çünki, dünyanın səfaləti ürəyimi * parçalar. Yaradıcı bir ruh düşünülsə, yaratdığı şeyi göstərərək ona belə qışqırmaq haqqımızdır: "bu qədər bədbəxtliyi və bu kədəri ortaya çıxarmaq uğruna, heçliyin səssizliyini və tərpənməzliyini pozmağa necə cəhd etdin?" Artur Şopenhauer
Bugün insanlar özlərindən qorxurlar. Onlar bütün öhdəliklərdən ən yüksəkdə duranını unudublar, özünün öz qarşında olan öhdəlik hissi! Əlbəttə, onlar xeyriyyəçiliklə məşğul olurlar, acları doyururlar, dilənçiləri geydirirlər. Ancaq onların öz ruhları ac qalır, ac və çılpaq. Oskar Uayld
Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu, ruh isə onun dilidir. Humboldt
Doğruluğun ən gözəl meyvəsi ruh sükunətidir. Epikür
Dostluq iki ruhun evlənməsidir,bu izdivacda boşanma,yaxud ayrılığı dilə gətirmək belə günahdır. Volter
Dövlət müəyyən ideologiya əsasında fəaliyyət göstərir. Bu ideologiya milli ruha uyğun gəlirsə, deməli, o, milli dövlətdir, gəlmirsə, millətlə dövlət arasında qarşıdurma labüddür. Tur Xander
Dünyada ən mütərəqqi ölkə insan ruhudur. Ən məhsuldar ölkə də ruhdur. Ona görə də təhsilin ən müqəddəs vəzifəsi ruhları inkişaf etdirib kamala çatdırmaq olmalıdır. Pirl Bak
Hakimiyyət yalnız o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət və tərbiyə alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə vermişdir. Pol Anri Holbax
Həkimlərin etdikləri ən böyük xəta ruhu düşünmədən yalnız bədəni müalicə etməyə təşəbbüs göstərmələridir. Platon
Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!.. Əli bəy Hüseynzadə
Məktəblərdə ən azı digər dərslər qədər tərbiyə və millilik üzərində dayanılmalıdır ki, vətəni cənnətlərə çevirəcək sağlam ruh və sağlam xarakterli nəsillər yetişə bilsin. Əbdüllfəttah Şahin
Mən Allaha inanıram. Onu hər şeyin başlanğıcı, Ruh və Sevgi kimi qavrayıram. Mən ondayam, o da məndə. Hamının Tanrı kimi qəbul elədiyi İsaya dua etməsini ən böyük günah sayıram. Lev Tolstoy
Mütləqi də, mahiyyəti də, sonsuzluğu və əbədiyyəti də insan ancaq ruhunun ənginliyində tapa bilər. Əbu Turxan
Ruh məlumatsızlığı çürütməyə alışana qədər bu çürütmə ilə özündən utanaraq oyrənmə yolları bağlayan qənaətlərdən sıyrılıb tərtəmiz bir hala gələnə qədər ancaq bildiyini bildiyinə və bilmədiyini bilmədiyinə inanana qədər özünə verilən elmdən heç bir fayda görməz. Platon
Ruh sanki alternativ ruhlar sistemidir. İnsan onların matrisasıdır. Tur Xander
Ruhun əqldən ayrılması iki cür ola bilər: birincisi, ruh göylərə yüksəlir və öz ilahi mənşəyinə qayıdır; ikincisi, yerə enir və bədənlə onu bağlayan məqamda qərar tutur. Əbu Turxan
Ruhunu itirən dünyanı qazansa nə çıxar? Viktor Hüqo