Qurbağa
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
E
redaktə- Elə bil qurbağa gölünə daş atdılar. Azərbaycan atalar sözləri/E
- Ey qurbağa şahzadə, gəl bizim evə gedək də sənə təptəzə bir ağcaqanad salatı hazırlayım. Coni Bravo
H
redaktə- Hər su olan yerdə qurbağa yoxdur, amma qurbağa səsi olan yerdə su vardır. Yohann Volfqanq Göte
- Hərə özünü bir igid bilir: qamış deyir - çiyəm mən, qurbağa deyir - biyəm mən. (Çiy - qaba otdur, ondan həsir toxuyurlar). Qırğız atalar sözləri
İ
redaktə- İlan qurbağadan diksinər, qurbağa da ilandan. Benqal atalar sözləri
- İlan üçün yaxşı keçəndə, qurbağa üçün pis keçər. Vyetnam atalar sözləri
K
redaktə- Kokila manqo ağacından dupduru şəbnəmi içir, heç özünü öymür, qurbağa bataqlıq suyundan içir - vaqqıldayır. (Kokila - melodik səsi olan hind ququ quşu. Manqo dadlı meyvəsi olan ağac) Hind atalar sözləri
Q
redaktə- Qudurasan, qurbağa, gedir ilan vurmağa. Azərbaycan atalar sözləri/Q
- Qurbağa başqa bir qurbağanı dünyaya gətirərək əsər yaradır. Siz şübhə edirsiniz? Sizdə eynisini etməyə çalışın. Viktor Hüqo
- Qurbağa quruldamasa partlar. Kürd atalar sözləri
- Qurbağa nə qədər böyük ola, yeri gölməşədir, timsah da nə qədər kiçik ola, yeri yenə çaydır. İndoneziya atalar sözləri
- Qurbağa nə qədər istəsə ki, dənizdə üzsün, yenə qisməti bataqlıqdır. İndoneziya atalar sözləri
- Qurbağa nə qədər tullana, bataqlıqdan uzağa getməyəcək. Monqol atalar sözləri
M
redaktə- Madyan nalladıqlarını görən qurbağa da ayağını qaldırmış. Bolqar atalar sözləri