Adəm və Həvva tarixin ən gözəl cütlüyü idi: Adəm Həvvanın qonşunun ərinin necə bacarıqlı olduğu barədə, Həvva da Adəmin anasının necə gözəl yeməklər bişirdiyi barədə narazılığını eşitmirdi. Vanda Blonskaya
Başqalarının qüsurları asanca görülər amma öz qüsurumuz görülməz; adam qonşusunun qüsurlarını ayırd edər, öz qüsurlarını isə qumarda hiylə ilə pərdə saxlayar kimi saxlayar. Qautama Budda
“Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi? Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər də belə etmirmi? Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun.[1]İsa
Qonşunun iyirmi dənə Tanrı var deməsi ya da heç bir tanrı yoxdur deməsi mənə bir zərər verməz. Nə mənim cibimə toxunar nə də qıçımı qırar. Tomas Cefferson
Öz xalqının tarixini, qonşu ölkələrin tarixini bilmək hər kəs üçün, lakin böyüməkdə olan gənc nəsil üçün daha vacibdir. Onlar qəhrəmanlıq səhifələri vətənpərvərlik və Vətənlə bağlı hər şeyə məhəbbət hissləri tərbiyə edən Azərbaycan tarixi ilə bağlı dərin bilgilərə sahib olmalıdırlar. Ziya Bünyadov