Azərbaycan atalar sözləri/Ehtiyat və sayıqlıq
Azərbaycan atalar sözləri Müəllif: Şifahi xalq ədəbiyyatı |
Həmçinin baxın: Haqqında • |
- Arifə bir işarə, qanmaza min toppuz.
- At oğurlanandan sonra axur nəyə gərək.
- Bir ağızdan çıxan min ağıza yayılar.
- Bir daş altda, bir daş üstdə.
- Qarğa, qarğa, məndə qoz var.
- Qaçırılan fürsət ələ düşməz.
- Qoyun olasan, ot yeməyəsən.
- Qurdun qonağlığına get, köpəyi də yanınca apar.
- Daldan atılan daş topuğa dəyər.
- Düşmən zəif olsa da, ehtiyatı əldən vermə.
- Eşşək işləyər, at yeyər.
- Ev bizim, sirr bizim.
- Ehtiyat igidin yaraşığıdır.
- Ehtiyatlı oğulun anası ağlamaz.
- Eşitdiyinə inanma, gördüyünə inan.
- İgidin igiddən nəyi artıqdır? - Ehtiyatı.
- Yatan itləri oyatma.
- Yerin də qulağı var.
- Yoldan çıxanı yol vurar.
- Yüz ölç, bir biç.
- Nə göz görsün, nə ürək bulansın.
- Nə eşitsin, nə də qanı qaralsın.
- Nə yada sirrini ver, nə namərdə bel bağla.
- Nə görsün, nə də hürsün.
- On dəfə eşitməkdən, bir dəfə görmək məsləhətdir.
- Özgənin sözünü sənə deyən, sənin də sözünü özgəyə deyər.
- Pusquda oturan yatmaz.
- Sirr açandan el qaçar.
- Sirrini demə dostuna, dostunun da bir dostu var.
- Sonrakı peşmançılıq fayda verməz.
- Soruşan dağları aşar, soruşmayan düzdə çaşar.
- Şərti şumda kəs, xırmanda şana-kürək sınmasın.
- Əlindən bir iş gəlməyən on danışar.