Allahın nuruyla işıqlanmayan könül evləri də vardır. O könül evləri məzar kimidir. Dar və qaranlıqdır. O könül evləri Allahı anlama və xatırlama zövqündən məhrumdur. Belə bir könüldən məzar daha xeyirlidir." Mövlana Cəlaləddin Rumi
Başqa sözlə desək, öz natiqlik qabiliyyətlərinizi inkişaf etdirin. Öz ideyalarını effektiv şəkildə təqdim etmək, elə təkmilləşmə və peşəkarlıq səviyyəsi qədər vacib nüansdır. Öz nitqiniz üzərində işləyin, onun aydın, səlis və ifadəli olmasına diqqət yetirin. İctimai, açıq çıxışlarda məşq edin – bunu o qədər davam etdirin ki, auditoriya qarşısında olarkən özünüzü öz doğma evinizdə olduğu qədər sərbəst, təbii və rahat hiss edəsiniz. Auditoriyanın idarə etmək qabiliyyəti, əla təqdimat bacarığı – liderin xarizma və özünə əminlik qədər başlıca və ayrılmaz keyfiyyətləridir. Napoleon Bonapart
Bəzi insanlar, ev itləri kimi, yamandıqları qapıdan ayrılmazlar. Fyodor Dostoyevski
Bir evdə ki, haqq-hesabı kiçik oğul da bilə, oradan dava-dalaç əskik olmaz. Tamil atalar sözləri
Bir qadına zaman-zaman öz fikirlərini dəyişdirmək lazımdır. Onlar eyni yemək masasından, əl-üz yuyandan, tikiş maşınından bezirlər. Onlara, heç olmasa, hər hansı bir müxtəliflik verin - bir az səyahət, bir az istirahət, bir az ev təsərrüfatının faciələri ilə qarışıq axmaqlıq, ailə səhnəsindən sonra bir qədər nəvaziş, bir az da həyəcan.Sizi əmin edirəm ki, belə olsa, hər iki tərəf məmnun qalacaq. O.Henri
Bir məmləkətin yüksəlişi ev və ailə məhəbbəti ilə bağlıdır. Çarlz Dikkens
Doğrudan da, ən aktual, ən vacib vəzifə uşaq və gənclərin təhsilidir... Adətən təhsili tərbiyə ilə qarışdırmaq adətdir, lakin artıq başa düşmək vaxtıdır ki, məktəb təhsili əksər hallarda qurulduğu kimi, təkcə gəncliyin əxlaqi tərbiyəsinə töhfə vermir, əksinə hərəkət edir. Anglo-Sakson ölkələrində məktəblər əsasən gənclərin əqli inkişafının zərərinə olan fiziki inkişafı ilə məşğul olurlar. Amma idmana hədsiz həvəs xarakterin kobudlaşmasına, zehni degenerasiyaya və yeni xəstəliklərə gətirib çıxarır. Düzdür, müasir ailə şəraitində evdə təhsilin vəziyyəti o qədər də yaxşı deyil. Ona görə də uşaq və gənclərin mənəvi baxımdan ağır və sahibsiz vəziyyətinə ən ciddi diqqət yetirməyin vaxtı çatıb. Bir çox uca məfhumlar vərdişdən tamamilə çıxıb, ən vulqar rahatlıq və statusa asanlıqla nail olmaq üçün gündəlik düsturlarla əvəzlənib...Təhsil proqramı həyatın özü qədər genişdir. Təkmilləşdirmə imkanları tükənməzdir...Biz bütün məktəb təhsilinə yeni yanaşma və yenidənqurma ərəfəsindəyik... Elmin bütün sahələrində yeni kəşflərin kəmiyyəti və sürəti o qədər sürətlə artır ki, tezliklə müasir məktəb təhsili dövrün yeni nailiyyətləri və tələbləri ilə ayaqlaşa və onlara cavab verə bilməmək; bütün təhsil sistemində yeni üsullar işlənib hazırlanmalı olacaq. Helena İvanovna Roeriç
Dünyada elə bir yer var ki, orada bizim əsl evimiz yerləşir, hara ki gözəl günlərin birində biz gəlirik. Sakitcə onun qayıdışını gözləyəcəyim ev. Dərsdən sonra oğlanla qızın qaçaraq gəldikləri, ətrafda hər yeri var olmanın sevinci ilə doldurduqları ev. Paulo Koelyo
Evdən kənarda min düşmənin olsun, ev içində bir düşmənin olmasın. Ərəb atalar sözləri
Evdən kənar olanda özünüzü hörmətli qonaqları qarşılayırmış kimi göstərin. İnsanların xidmətindən istfadə edərkən özünüzü elə aparın ki, sanki təntənəli mərasim yerinə yetirirsiniz. Özünüzə rəva bilmədiyinizi başqalarına etməyin. Belə olan halda nə dövlətdə, nə də ailədə narazılıq olar. Konfutsi
Əgər bir evin necə tikiləcəyini öyrənmək istəyirsənsə, ev tik. Heç kimə soruşma, yalnız tik. Kristofer Uoken
Əgər qəzəb, şəhvət və ya cahilliyin təsiri altında səhvən seçilmiş cəza hətta meşədəki tərki-dünyanın hiddətinə səbəb olursa, ev sahibləri haqqında nə deyə bilərik? Çanakya
Əgər onlar acdırlarsa onlara yemək verin, əgər onların çılpaqdırlarsa onları geyindirin, əgər onlar xəstədirlərsə onları hərgün ziyarət edin, əgər onlar evsizdirlərsə onlara bir ev verin. Tereza Ana
Hakimiyyət sevgisi insanların iblisidir. Onlara sağlamlıq, qida, ev, təhsil, bir sözlə, hər şey verin, onlar xoşbəxt olmayacaqlar. Çünki, iblis gözləyir, gözləyir və məmnunluq istəyir. Onlardan hər şeyi alıb iblislərini məmnun etsəniz, onlar xoşbəxt olacaqlar. Fridrix Nitsşe
Hər bir evdə bir qul var - ev sahibinin özü. Menandr
Həyatda heç bir şey üçün "mənimdir" deməyin, sadəcə olaraq "mənimlədir" deyin. Çünki nə ev, nə torpaq, nə dost, nə yoldaş, nə sevinc, nə kədər, nə ölüm, nə həyat həmişə sizinlə qalmır. Hendrik Lorens
Nə üçün Məni “ya Rəbb, ya Rəbb” deyə çağırırsınız, amma dediklərimə əməl etmirsiniz? Mənim yanıma gələn, sözlərimi eşidib onlara əməl edən hər adamın kimə bənzədiyini sizə izah edərəm: o, ev tikən elə bir adama bənzəyir ki, torpağı qazıb dərinə gedər və təməli qaya üzərində qurar. Daşqın gəldiyi zaman sellər o evi bassa da, onu sarsıda bilməz. Çünki ev yaxşı tikilib. Amma sözlərimi eşidib onlara əməl etməyən kəs torpaq üzərində təməlsiz ev tikən adama bənzəyir. Sellər o evi basar və ev o anda uçar. O evin yıxılması bir müsibət olar.[1]İsa
Yeni bir avtomobil sizi sadəcə bir neçə həftə xoşbəxt edər. Yeni bir ev - bir neçə ay. Gerçək xoşbəxtliyin açarı “xidmət”dədir. Digər insanlara “kömək” etməkdədir. Aldıqlarımızın deyil, verdiklərimizin üzərinə inşa edilən bir həyat gerçək xoşbəxtliyi gətirər. Robin Şarma