Gözünə görüş gücü verdimi, gözündə bu aləm kimi yüzlərlə aləm peydahlanar. Sənə görə bu dünya çox böyükdür, sonsuzdur, amma bil ki, Allahın gücünə qarşı bir zərrə belə deyildir. Mövlana Cəlaləddin Rumi
Gözünüzü açıb Qurana baxın. Allah kəlamı olan Quranın bütün ayələri ədəb öyrədir. Mövlana Cəlaləddin Rumi
İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Heydər Əliyev
Taleyin hökmüylə tutulan gözə, Qızıldan çeşməyin nə mənası var?! Ayrım Əhməd
Tamahdan çəkin və insanların malına göz dikmə. Xalqa göz dikmə adətini qəlbindən çıxar. Çünki tamah hər zəlalətin açarıdır. O əqli oğurlayar, insaniyyəti didər, abrı ləkələyər və elmi aradan götürər. İmam Kazım
"Türklərdən bəhs edirəm... Düşməninə hücum edərkən amansız bir qasırğaya, qorxunc bir dənizə və insafsız bir ildırıma bənzəyən Türk;dost yanında və silahsız düşmən qarşısında bir səhər yelidir, sakit bir göldür. Türkü incitdiyin zaman könül açan bu yel bir ildırıma, göz qamaşdıran bu göl coşqun bir dənizə çevirilir". Torkvato Tasso