Adamı "igid" deyib candan elərlər, "comərd" deyib - maldan. Türk atalar sözləri
Ad-san igidə yaraşıqdır. Tatar atalar sözləri
Axırını düşünə-düşünə döyüşə girəndən igid olmaz. Şeyx Şamil
Axmaq itiləyən xəncər, igid xəncərindən qorxulu olar. Çeçen-inquş atalar sözləri
Ağac əyildi, sındı, igid əyildi, öldü. Azərbaycan atalar sözləri/A
Ağacın qurdu özündə olur, igidin kəmi sözündə olur. Türk atalar sözləri
Araba qoş, çarxa dur, Mərd igidə arxa dur. Azərbaycan atalar sözləri/A
Arvad ilə at igidin baxtına. Azərbaycan atalar sözləri/A
At dişindən tanınar, igid işindən. Tatar atalar sözləri
At qocalar, meydan qocalmaz: igid qocalar, zaman qocalmaz. Türkmən atalar sözləri
At ölər nalı qalar, İgid ölər namı qalar. Azərbaycan atalar sözləri/A
At yorulandan sonra fikrini de, igid qocalandan sonra. Qırğız atalar sözləri
Atı igid altında tanıyarlar. Əfqan atalar sözləri
Atı qamçı qovar, igidi - həya. Azərbaycan atalar sözləri/A
Atın ad-sanı igidin əlindədir, igidin ad-sanı öz əlində. Başqırd atalar sözləri
Atın şöhrəti igidin əlində, igidin şöhrəti öz əlində. Tatar atalar sözləri
Azərbaycan xalqı dünyanın ən igid, comərd, çalışqan və anlayışlı xalqlarındandır. Tarixin faciəsi onu parçalamışdır. [1] Cavad Heyət
Bəla igidin başına gələr. Kürd atalar sözləri
Bir alimdən "İçkiyə niyə nifrət edirsən?" deyə soruşduqda o demişdir: "Çünki hətta kralları diz çökdürən igidlər də içkiyə məğlub olurlar".[2] Simona Veyl
Bir igid ki, qatarından üzülə, Ölüm yeydi, bu dünyada qalınca. Xəstə Qasım
Bir igid qırx ildə meydana gələr. Azərbaycan atalar sözləri/B
Bir igidə yetmiş hünər də azdır. Özbək atalar sözləri
Bir igidin qara dağ yumrusunca malı olsa, yığar-dərər, tələb eylər, nəsibindən artığın yiyə bilməz. Dədə Qorqud
Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar. Azərbaycan atalar sözləri/B
Biz nifrəti əritmək, məhəbbətin adını ucaltmaq üçün yola çıxdıq, oğul! Ancaq zər qədrini zərgər bilər. Sözünü adamına görə söylə. Cahil qarşısında daş-qaşını çirkaba atma. İgid kordur, pisliyi görməz. Kardır, kəm sözü eşitməz. Laldır, hər ağzına gələni danışmaz. Bildiyini də hər yerdə ayaqlar altına sərməz. Yunus kimidir o, ürəyi məhəbbətə, qəlbi həqiqətə köklənib... Şeyx Ədabali
Gerçəkdən igid insanların duelə çıxmalarına gərək qalmaz, amma bir çox qorxaq özünü öz igidliyinə inandırmaq üçün həmişə duelə əl atır. Ernest Heminquey
Cаhаn igid ərlərindir, qоrxаn gözə çöp düşər… Hüseyn Cavid Hərə özünü bir igid bilir: qamış deyir - çiyəm mən, qurbağa deyir - biyəm mən. (Çiy - qaba otdur, ondan həsir toxuyurlar). Qırğız atalar sözləri
İgid adam yava adamı bağışlaya bilər, yava adam igidi - yox. Kürd atalar sözləri
İgid adamlar alicənablığa daha çox qadir olurlar. Nikolay Şelqunov
İgid ağzını açmaz, əlini açar. Azərbaycan atalar sözləri/İ
İgid arxasında igid gizlənər. Azərbaycan atalar sözləri/İ
İgid basdığın kəsməz. Azərbaycan atalar sözləri/İ
İgid bir dəfə, qorxaq üç dəfə ölər. Tatar atalar sözləri
İgid bir dəfə ölər, qorxaq yüz dəfə. Avar atalar sözləri
İgid bir sözü iki dəfə deməz. Başqırd atalar sözləri
İgid döyüşdə məlum olar. Azərbaycan atalar sözləri/İ
İgid evdə doğular, döyüş meydanında ölər. Başqırd atalar sözləri
İgid gərək ya şux olsun, ya yox olsun. Türkmən atalar sözləri
İgid hərbdə, dost dərddə, kamil adam hiddətdə bəlli olar. Ərəb atalar sözləri
İgid igidə xor baxmaz. Azərbaycan atalar sözləri/İ
İgid ilqarından dönməz, dəvə ovsarından. Azərbaycan atalar sözləri/İ
İgid qovğasız olmaz. Azərbaycan atalar sözləri/İ
İgid ləqəbilə tanınar. Azərbaycan atalar sözləri/İ
İgid min yaşar, fürsət bir düşər. Azərbaycan atalar sözləri/İ
İgid odur atdan düşə atlana, İgid odur hər yaraya qatlana. Azərbaycan atalar sözləri/İ
İgid odur ki, ən güclü qorxunu boğa bilir və qorxuya boyun əymədən təhlükə haqqında düşünə bilir. Konstantin Uşinski
İgid oğul cavan eylər atanı. Azərbaycan atalar sözləri/İ
İgid oğul dayısına çəkər. Azərbaycan atalar sözləri/İ
İgid oğul düşmənə əyilməz. Azərbaycan atalar sözləri/İ
İgid ölər, adı qalar. Azərbaycan atalar sözləri/İ
İgid ölər adı qalar, müxənnətin nəyi qalar?! Azərbaycan atalar sözləri/İ
İgid özü üçün doğular, başqaları üçün ölər. Tatar atalar sözləri
İgid - sözündən dönməz, aslan - izindən. Özbək atalar sözləri
İgid ya tər altında, ya yer altında. Azərbaycan atalar sözləri/İ
İgid yarasına igid qatlanar. Azərbaycan atalar sözləri/İ
İgid yarasız olmaz. Başqırd atalar sözləri
İgid yarasız ölməz. Azərbaycan atalar sözləri/İ
İgiddən yaxşı iş qalar, arifdən - yaxşı söz. Özbək atalar sözləri
İgidim igid olsun, kol dibi evim olsun. Azərbaycan atalar sözləri/İ
İgidim sağ olsun, tapılmayan qız olsun. Oğuznamə
İgidin adı çıxınca canı çıxar. Azərbaycan atalar sözləri/İ
İgidin başı qalda gərək. Azərbaycan atalar sözləri/İ
İgidin əli işdə gərək. Azərbaycan atalar sözləri/İ
İgidin əslini soruşma. Türkmən atalar sözləri
İgidin fəndi olmasa tez basılar. Başqırd atalar sözləri
İgidin igiddən nəyi artıqdır? - Ehtiyatı. Azərbaycan atalar sözləri/İ
İgidin kasıbı namusdan bay olar. Türkmən atalar sözləri
İgidin kunu yüz ata bərabərdir, ad-sanı - yüz min ata. (Kun - köhnə adətə görə qan bahasıdır). Qırğız atalar sözləri
İgdin qədrini igid bilər, Gülün qədrini bülbül. Ləzgi atalar sözləri
İgidin sözü bir olar. Başqırd atalar sözləri
İgidin sözü ilə işi bir olar. Azərbaycan atalar sözləri/İ
İgidin süfrəsi açıq olar. Azərbaycan atalar sözləri/İ
İgidin ürəyi haça olar. Azərbaycan atalar sözləri/İ
İgidin yaraşığı saqqaldır, sözün yaraşığı - atalar sözü. Qırğız atalar sözləri
İgidin yaraşığı sınaqdır. Azərbaycan atalar sözləri/İ
İgidin yorğunluğu qarnı doyana kimidir. Oğuznamə
İgidlə çəkiş, səadətlə - yox. Əfqan atalar sözləri
İgidlik biləklə deyil, ürəklədir. Azərbaycan atalar sözləri/İ
İgidlik döyüşdə məlum olar. Azərbaycan atalar sözləri/İ
İgidlik on, doqquzu hiylədir. Oğuznamə
İgidlik ondur: biri qüvvət, doqquzu fənd. Kürd atalar sözləri
İgidlik ondur: biri zordur, doqquzu fənd. Azərbaycan atalar sözləri/İ
İgidlik üçün bilək də gərək, ürək də gərək. Tatar atalar sözləri
İşdən qorxan igidmi olur? Dədə Qorqud
Təkcə düşmənlərinə qalib gələn igid deyil, özünü ələ almağı bacaran da igiddir. Demokrit
↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 190.
↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014. səh.390.