Avaranı çörəklə doyurmayın. Ona sadəcə fərziyyə verin, o, başqasına qara yaxmaq məharətindən imtina etməyəcək. O, həmişə öz vecsizliyinə bəraət qazandırmağa hazırdır. Leonardo da Vinçi
Bəraət qazandırın, qınamayın, amma yamanlığa, pisliyə başqa ad verməyin. Fyodor Dostoyevski
Çıxarılan hökmə görə pul almaq cinayətdir. Bəraət üçün pul alacağın insanı ittiham etmək isə daha böyük cinayətdir. Mark Tulli Siseron
Ən yüksək mərtəbəyə ucalanlar özlərinə asanlıqla bəraət qazandıra bilərlər ki, daha bundan o yana yol yoxdur. Stanislav Eji Lets
İnsanlar öz ağıllarından yalnız axmaq əməllərinə bəraət qazandırmaq, dillərindən isə fikirlərini gizlətmək üçün istifadə edirlər. Volter
İnsanlara öz sevdikləri şeyi etmək üçün səbəb lazım deyil, – onlara bəraət lazımdır. Uilyam Somerset Moem
Qətlə yetirilən şəxsin pozğunluğu qanun qarşısında qatilə bəraət qazandıra bilməz. Artur Konan Doyl
Özüm-özümə bəraət qazandırmaq üçün mənə sənin sonsuz tənbəlliyini xatırlamaq kifayətdir. Teodor Drayzer
Şahlarla hakimlər bəraət və ya ittiham haqqında xahişlərə uymamalıdır. Evripid