Ədalət bərqərar olsun, sonra lap bütün dünya yerlə yeksan olsun. Ziqmund Freyd
Ədalətsiz idarəetmə bir çox şəxslər tərəfindən həyata keçirilərsə, bu, demokratiya adlanır. Xalqın hakimiyyəti o zaman bərqərar olur ki, geniş kütlələr öz güc və say üstünlüklərindən istifadə edərək varlıları əzirlər. Bu zaman bütün xalq bir vahid tiran kimi çıxış edir. Foma Akvinski
Əgər bədənimiz öldürülmüş heyvanların dəfn edildiyi canlı qəbirdirsə, dünyada sülhün bərqərar olacağına, yaxud çiçəklənəcəyinə necə ümid etmək olar? Lev Tolstoy
Əxlaq düşüncəni itiləşdirir, insanlar arasında xoş münasibətlər bərqərar edir, mədəniyyəti elm və sənətdən yüksəyə qaldırır. Alfons Karr
Muğam bizim üçün milli özünüdərketmə fəlsəfəsinin kökündə bərqərar olmuş mədəni dəyər mənbəyidir. Bütöv musiqimiz bu daimayaşar mənbədən bəhrələnir, qidalanır, şaxələnir, inkişaf edir...[1][2]Ələddin Allahverdiyev
↑“Uşaqlığım və gəncliyimlə bağlı iki müqəddəs yer var: Göyçə və Bakı”. Jurnalistlər Araz Yaquboğlu və Ramil Cəbrayıla verilmiş müsahibə. Karabachmedia.az (2018-05-28)