Bəzək
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Baş bəzək üçün yox, düşünmək üçün lazımdır. Artur Konan Doyl
- Bizdə nəinki pis dil, həm də pis ağız var. Şillə və and içmə uşaqlıqda və gəncliyimizdə, aşağı və arxa küçədə utanc verici bir şey idi. İndi bir növ bəzək halına gəldi. İzdiham içərisində qulaqlarınızı dəfələrlə tıxamaqda çətinlik çəkirsiniz. Falih Rıfkı Atay
Ç
redaktə- Çənənin bəzəyi saqqal, nitqin bəzəyi atalar sözü. Qazax atalar sözləri
E
redaktə- Elm, həqiqətin aydın dərk edilməsi, ağılın maarifi, həyatın təmiz əyləncəsi, gəncliyin tərifi, qocalığın dayağı, şəhərlərin qurucusu, bədbəxtlikdə müvəffəqiyyət qalası, xoşbəxtlikdə bəzək, hər yerdə sadiq və ayrılmaz yoldaşdır. Mixail Lomonosov
- Elmin vəzifəsi öyrənməkdir, onun heç bir bəzək-düzəyə ehtiyacı yoxdur. Tomas Mann
- Elmlərlə məşğul olmaq gəncliyi tərbiyə edir, qocalığı əyləndirir, xoşbəxt şəraitdə bəzək, bədbəxt şəraitdə isə sığınacaq və təskinlik rolunu oynayır. Mark Tulli Siseron
G
redaktə- Gözəlliyin əlavə bəzək-düzəyə ehtiyacı yoxdur, əksinə, bəzək-düzəyin olmaması ona əlavə hüsn gətirir. İohann Herder
H
redaktə- Həqiqi ananın ən şərəfli bəzəyi ədəbli, tərbiyəli cocuqdur. Mirzə Fətəli Axundov
- Hər hansı şəhərin bəzəyi beş şeydir: müzəffər şah, ədalətli hakim, zəngin bazar, mahir təbib və bol suyu olan çay. Şapur xan
İ
redaktə- İfrat bəzək-düzək hər şeyi məhv edir. Parıltılı paltarda mən ancaq zəngin adam görürəm. Mənim axtardığım adam isə sadə insandır. Mən insan axtarıram.[1] Deni Didro
- İncəsənət gəncliyə tərbiyə, qacalığa qazanc, yoxsulluğa var-dövlət və var-dövlətə bəzək verir. Fridrix Şiller
N
redaktə- Nalayiq sözlər eşitmək, şit zarafatlara qulaq asmaq, lağlağıların şahidi olmaqdan çəkindirməli, təlim-tərbiyə tapşırıqlarını yerinə yetirib tam yorulmayınca, ona yemək verilməməlidir. Elə etmək lazımdır ki, heç bir şeyi gizlətməsin, bir şeyi gizlətsə, qəbahətli işləri də gizlətməyə cəsarət edər. Çox yatağanlığı qadağan etmək lazımdır. Çox yatmaq zehni kütləşdirər, hafizəni öldürər, bədəni lırtlaşdırar, insanı süst edər. Gündüz yatmağa qoymamalı, yumşaq, rahat paltar geydirməməli, bərkə-boşa öyrətməli, yayda sərin sərdabə və nazik tüllərə, qışda isti otaq və qalın kürklərə öyrətməməli, çox yerimək, hərəkət etmək, at minmək, əziyyət çəkməyə adət etməli, əksləri qadağan olunmalıdır, oturub-durmaq qaydaları, susub-danışmaq üsulları öyrədilməlidir. Biz bu barədə aşağıda danışacağıq. Saçlarına xüsusi sığal verib, əyninə qadınlara məxsus bəzək-düzəkli paltar geydirməməli, ehtiyac olmadıqca barmağına üzük keçirməməlidir. Yaxın adamları, ata-babaları, mal-dövlətləri, yeyib-içimləri, geyim-gecimləri ilə lovğalanmağa icazə verilməməlidir. Hamıya qarşı təvazökar olmaq, yaxın adamlara hörmət qoymaq təlqin edilməli, özündən zəiflərə əl qaldırıb özündən güclülərə boyun əymək, tay-tuşlarına paxıllıq etmək qadağan olunmalıdır. Yalan danışmağın qabağı alınmalıdır, istər yalandan, istərsə doğrudan and içməyə yol verilməməlidir, and içmək, ümumiyyətlə, hamı üçün pis adətdir. Böyük adamların, bəlkə də, yalan danışmağa ehtiyacı olsun, lakin uşaqların buna qətiyyən ehtiyacı ola bilməz. Nəsirəddin Tusi
S
redaktə- Sonsuz iş günlərində kədər bayramdır, yanğın əyləncə, boş sifətdəki cızılma isə bəzək. Maksim Qorki
Ş
redaktə- Şair üçün mirvari dənəsi - dənizin gözyaşı, şərq xalqları üçün daşa dönmüş şeh damcısı; qadınlar üçün sədəf rəngli qiymətli bəzək daşı, kimyaçı üçün fosfor duzlarının kalium –karbonatla birləşməsi, nəhayət, naturalist üçün yumşaq mantiya toxumasının içərisində sədəfin kürəcikli axınlarından ibarət ağrılı şişdir. Jül Vern
T
redaktə- Tərbiyə-xoşbəxtlikdə bəzək, bədbəxtlikdə isə sığınacaqdır. Aristotel
- Təvazökarlıq ləyaqətin yalnız bəzəyi deyil, həm də keşikçisidir. Jozef Addison
Ü
redaktə- Üstü bəzək, altı təzək. Azərbaycan atalar sözləri/Ü
Z
redaktə- Zəfərə əlavə ediləcək yeganə bəzək təvazökarlıqdır. Şarl Pino Düklo
İstinadlar
redaktə- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.136