Bilək
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ana ürəyi zərif bir ipək, ata biləyi Haqqın əkdiyi bir dirəkdir. Nə ananın ürəyini, nə də atanın biləyini sındır. Sabah yuva quranda ocağınla onlar arasında körpü ol. Ata-ana yıxılmamaq üçün kürəyimizi söykədiyimiz divardır. Qiymətini o divar uçanda bilirik. Şeyx Ədabali
B
redaktə- Bala üçün ananın ürəyi ağrıyar, atanın biləyi ağrıyar. Tatar atalar sözləri
- Bədəndə hər üzvün olur öz yeri,
Qolun qol yeri var, gözün göz yeri.
Ölkəyə bilək də, göz də gərəkdir,
Qılıncla bərabər söz də gərəkdir. Məhəmmədhüseyn Şəhriyar - Biləyi güclü birini vurar, biliyi güclü - minini. Türkmən atalar sözləri
- Biləyi güclü birini yıxar, biliyi güclü minini. Özbək atalar sözləri
- Biləyin edə bilmədiyini bilik eləyər. Türkmən atalar sözləri
İ
redaktə- İblisə barmağını göstər, yapışsın biləyindən. Gürcü atalar sözləri
K
redaktə- Könül insanı ömrünü hədər verməz, ürəyini ucuz satmaz, ədəb tacını başından salmaz. Könül insanının həmişə üzü yerdə, qəlbi göydədir. Haqlı olanda da döyüşməyi bacarar. Döyüşə təkcə biləyi ilə yox, elmi ilə, ürəyi ilə çıxar... Şeyx Ədabali
Q
redaktə- Qocanın biliyi, cavanın biləyi. Azərbaycan atalar sözləri/Q
Ö
redaktə- Övlad üçün ananın ürəyi ağrıyar, atanın - biləyi. Başqırd atalar sözləri