Bina

yaşamaq üçün tikili



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bir bina daxilində rəqabət sağlamlıq üçün zərərlidir. Ceyms Uotson
  • Bir bina tikintisində işləyən bir işçi olaraq ya bütöv planı bilmir, ya da həmişə aydın şəkildə təsəvvür etmir, buna görə həyatının fərdi günlərinə və saatlarına xidmət edən bir insan, ümumi bir fikrə sahib deyil. Artur Şopenhauer
  • Bir zamanlar güclü insanların qalıqları Afrikanın barbar orduları arasında itdi; xalq olmağı dayandırdılar; səkkiz əsr ərzində fərqli və şərəfli bir dövlət qursalar da, özlərindən sonra bir ad belə qoymadılar. Seçdikləri ölkə, sevimli evləri, qəsb edənlər istisna olmaqla, onları tanımaqdan imtina edir. Yüksək qayaların nöqtələri bəzi böyük daşqınların miqyasını göstərdiyindən, yalnız xarabalığa çevrilmiş bir neçə bina öz qədim gücünü təsdiq edir: Əlhambra, qotik binaların ortasındakı bu şərq sarayı, bu cəsur, ağıllı insanların zərif abidəsidir; mehriban, zəfər çalan, hakim olan və yoxa çıxan.
    • "Ərəblərin İspaniyada hökmranlığı haqqında düşüncə" (1832), Elhamra Nağılları , Vaşinqton İrving , ed. H. Fournier, 1832, t. 1, s.83-84 Vaşinqton İrvinq
  • Bizim sabiq “cəmiyyəti xeyriyyə” bina tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil… Həsən bəy Zərdabi
  • Çox təəssüf ki, çox insan necə yaşanacağını, ancaq ölmək vaxtı gələndə öyrənər. Çox insan ömürünün ən gözəl illərini, bir bina mənzilində, televiziya izləyərək keçirər. Çox insan iyirmi yaşında ölər və səksən yaşında da basdırılar. Bunun, sizin də başınıza gəlməsinə icazə verməyin. Robin Şarma
  • Ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: — Bir kərə yüksələn bayraq bir daha enməz! Bunu deyərkən o, bu günkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: "Irəli, irəli Azərbaycan əsgəri" - deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi. Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan. Məhəmməd Əmin Rəsulzadə
  • Qabağımıza gələn ilk mühəndisi tutub da “al bizə bir bina yap” — deyiriz. O da götürür bir az “qotik”dən, bir az “renesans”dan, bilməm nədən, cüziyyətcə də “mavr” (məğrib) tərzi-memarisindən qarışıq bir kompazisiyon yapar. Daşı-daş üstə qalar, müdhiş bir bina, ali bir imarət vücuda gətirir. Bu əzəmət, bu böyüklük əlbəttə ki, bizi fərəhləndirir, qəlblərimizə bir şadlıq gətirir, fəqət bir çox xərclərlə hasil olan təzyinat bizə türklüyün, müsəlmanlığın keçmişdəki əzəmət və ehtişamını andıra bilsəydi, bizim də özümüzə məxsus memarlıqda bir üsula, həm də gözəl, ali təqlidaşayan bir üsula malik olduğumuzu bütün tamaşakaranə bildirsəydi; əlbəttə ki, binanın maddi əzəmətilə mütənasib mənəvi bir böyüklüyü də olardı və həqiqətən də bu böyük əməlin möhtəşəm bir abidəsi kəsilərdi.[1] Məhəmməd Əmin Rəsulzadə
  • Mühəndislik hesablamalarına əsasən inşa edilməyən bir bina neçə yıxılarsa, əbədi bir qanun sayılan ədalətdən məhrum olan imperatorluqlar da eləcə çökər..[2] Jan Batist Anri Lakorder
  • Səhv ideyalar bina tikilməsi üçün yaramayan əyri-üyrü daşlara bənzəyir. Bernar Fontenel
  • Sərmayə qoyacaqsansa torpaq al. Torpaq qızıldır. Üstünə bina etsən gümüş olar. İçinə də kirayəçi soxsan tənəkə olar. Vəhbi Qoç

İstinadlar

redaktə
  1. "Məhəmməd Əmin Rəsulzadə Milli Dirilik; Azərbaycan Davası; Məqalələr, Nitqlər 1914-1954". 18 sentyabr 2021 tarixində arxivləşdirilib.
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.136