A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A Redaktə

  • Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda çox işlər gördü. İlk dəfə olaraq müsəlman Şərqində demokratik bir respublika yaratdı. İlk dəfə olaraq Azərbaycan xalqı müstəqil yaşamaq şəraitinin nə olduğunu hiss etdi, gördü. Heydər Əliyev
  • Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, “İstiqlal bəyannaməsi”nin elan olunması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi. Bizim dəyərli siyasi xadimlərimiz o il, o ay, o gün bu tarixi addımı atdılar. Heydər Əliyev
  • Azərbaycan istiqlal və cümhuriyyət fikrinin keçici bolşevik istilasının yakıcı qüvvələriylə qəhr olunacağını zənn edirsiniz. Bakının hərarətli torpağıda kök salmış müqəddəs Quzğun dənizinin (Xəzər dənizinin) dalğaları daimi olaraq söndürməyə aciz olduğu kimi, Azərbaycan türklərinin ağlına girən fikir və qəlbinə yerləşmiş istiqlal hissini öldürməyə bolşevik cəlladları o dərəcədə acizdirlər: bir quzey rüzgarının zərbəsiylə dalğalanan Xəzər, Bayıl burnundakı mavi atəşi söndürsə də rüzgar keçib, dəniz düzgün bir hal alanda, sadə bir qığılcım kifayətdir ki, bu müqəddəs atəş təkrar yansın, təkrar Bayıl burnunu aydınlatsın! Məhəmməd Əmin Rəsulzadə
  • Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq. İlham Əliyev

B Redaktə

  • Bəzi İran mühərrirləri Azərbaycan Cümhuriyyətinin vücudunda İranın təmamiyyəti-mülkiyyəsindən ötrü “ələni” (açıq-aşkar) bir təhdid görüyorlarmış. Və Azərbaycan İranın bir vilayəti ikən bunu cümhuriyyətimizə “ələm” (bayraq) etdigimizə etirazları varmış. Biz bu xüsusda vəqtilə – bir münasibətlə – izahat vermişdik. Azərbaycan derkən qəsdimiz Şimali Azərbaycan və yaxud Qafqasiya Azərbaycanıdır ki, əski Aran ilə Şirvan və Muğanı ehtiva edər. Azərbaycan ismi isə coğrafi bir istilah olmaqdan ziyadə qövmi bir məna ilə işlənmişdir. Biz kəndimizi Azərbaycan dili ilə (ki türkcənin bir növüdür) mütəkəllim məxsus bir qövm ədd edəriz. Bu qövmün ismi nə Aran, nə Şirvan, nə də Muğandır. Yalnız Azərbaycandır. Məhəmməd Əmin Rəsulzadə
  • Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır. Heydər Əliyev
  • Bundan sonra müstəqil və milli Azərbaycanın müqəddaratını sövqi tarixlə idarəyə məmur olacaq firqənin adı Müsavat olmaya bilər, fəqət o firqənin müsavatçı olması zəruridir. Çünki, müsavatçılıq – millətçilik, türkçülük, vətənçilik, azərbaycançılıq, milli dövlətçilik, istiqlalçılıq, cümhuriyyətçilik, deməkdir. Məhəmməd Əmin Rəsulzadə

C Redaktə

  • Cümhuriyyətimizin, cümhuriyyətdən əvvəl Azərbaycan muxtariyyəti həqqindəki davamızın qətiyyən Araz nəhrinin cənubuna aid olmadığını dəfələrlə söyləmiş, bilfel dəxi isbat eləmişiz. Buna qarşı: “vəqtilə ermənilər dəxi məqsədimiz Türkiyə Ermənistanıdır diyorlardı” – deyə şübhələr bəyan ediyorlar. Bu misal, yəni Azərbaycan Cümhuriyyətinin İran Azərbaycanı ilə işi olmadığı həqqindəki bəyanatı ermənilərin Ermənistan həqqindəki bəyanları ilə müqayisə eləmək bizi ismdən ziyadə müsəmma üstündə dayanmaya vadar ediyor. Məhəmməd Əmin Rəsulzadə

D Redaktə

  • Dövlət idarəsindəki əsas proqramımız Cümhuriyyət Xalq Partiyası proqramıdır. Bunun əhatə etdiyi prinsiplər bizi idarəetmə və siyasətdə aydınlaşdıran təlimatlardır. Ancaq heç vaxt bu prinsipləri göydən endiyi düşünülən kitabların dogmaları ilə birlikdə saxlamamalıdırlar. Biz ilhamımızı göydən və qeybdən deyil, birbaşa həyatdan götürmüşük. Yolumuzu çəkir; yaşadığımız vətən, yaşadığımız türk milləti və min heyrət və iztirabları qeyd edən millətlər tarixinin yarpaqlarından çıxardığımız nəticələrdir.[1][2][3]Mustafa Kamal Atatürk

H Redaktə

  • Hər şeydən əvvəl, biz xalq cümhuriyyəti (demokratik-federal cümhuriyyət) istəyirik, bu bizim əsas diləyimizdir. Xalq cümhuriyyəti demək, bütün hakimiyyətin tamamilə xalqın, demokrasinin öz əlində bulunan idarə deməkdir. Buna digər bir sözlə, "xalq hakimiyyəti" də deyilir. Əlimərdan bəy Topçubaşov

X Redaktə

  • Xalq Cümhuriyyətinin süqutu onun rəhbərlərinin günahı deyil, Cümhuriyyətin süqutunun əsas səbəbi Sovet qırmızı ordusunun Azərbaycana daxil olması və Cənubi Qafqazı işğal etməsi idi. Heydər Əliyev
  • Xalqımızın inkişafını təsdiqləyən cəhətlərdən biri odur ki, ilk türk dramaturqu azərbaycanlı, ilk türk bəstəkarı azərbaycanlı, məzhəb uzlaşmadığını ilk dəfə ortadan qaldıran yenə də azərbaycanlı, nəhayət, İslam aləmində ilk dəfə cümhuriyyət elan edən də azərbaycanlıdır. Məhəmməd Əmin Rəsulzadə

Q Redaktə

  • Qəribədir ki, Mavərayi-Qafqasiyada ayrı-ayrı milliyyət, din, mədəniyyət və hars zümrəsinə malik olduqları halda Azərbaycan ilə Gürcüstan və Ermənistan cümhuriyyətlərini Rusiya İttihadına müstəqil birər cümhuriyyət şəklində degil, müttəhid bir federasyon şəklində qəbul üçün israr edən Moskva, eyni irq, eyni din, eyni hars və mədəniyyət zümrəsinə mənsub olan türkistanlıları 3 yerə bölmüş və kəndilərini müstəqil birər mövcudiyyət halında Sovet İttihadı daxilinə almışdır. Məhəmməd Əmin Rəsulzadə

M Redaktə

  • Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır. Heydər Əliyev

S Redaktə

  • Sözlərində səmimi olub dediklərinə həqiqətən inansaydılar, dəmir pərdəni qaldırar, cümhuriyyətin qapılarını açar, sizləri azad dünya ilə əlaqə və münasibətə gətirərlərdi. Fəqət bunu edə bilməzlər, çünki, o zaman yalanları üzə çıxar: qaraya ağ, zülmə ədalət, yoxsulluğa varlıq, əsirliyə azadlıq, istilaya istiqlal dedikləri aşikar olar!.. Onlar, bu cəsarəti göstərə bilməz, inadlarında davam edərlər. Fəqət, bu inad onları qurtara bilməz: həqq ilə batilin, doğru ilə yalanın dünya ölçüsündə gedən mücadiləsində nihai qələbə həqqin və doğrunundur. Bu zəfər günəşi əlbəttə ki, bir gün Azərbaycanda da parıldayacaqdır! Məhəmməd Əmin Rəsulzadə

T Redaktə

  • Türkiyə Cümhuriyyəti şeyxlər, dərvişlər, müridlər, cahillər məmləkəti ola bilməz. Ən doğru, ən həqiqi təriqət, mədəniyyət təriqətidir. Mustafa Kamal Atatürk
  • Türkiyə Cümhuriyyətini quran Türkiyə xalqına türk milləti deyilir. Mustafa Kamal Atatürk
  • Türkiyə Cümhuriyyətinin, xüsusilə bu günki gəncliyinə və yetişməkdə olan uşaqlarına xitab edirəm: Qərb səndən, türkdən çox geri idi. Mənada, fikirdə, tarixdə bu belə idi. Əgər bu gün qərb texnikada bir üstünlük göstərirsə, ey türk övladı, o qəbahət də sənin deyil, səndən əvvəlkilərin bağışlanılmaz laqeydliyinin bir nəticəsidir. Bunu da söyləyim ki, çox ağıllısan! Bu məlumdur. Lakin zəkanı unut! Daim çalışqan ol! Mustafa Kamal Atatürk

İstinadlar Redaktə

  1. Atatürk'ün Türkiye Büyük Millet Meclisi'nin V. Dönem 3. Yasama Yılını Açış Konuşmaları
  2. Türkiye Büyük Millet Meclisi’nin Beşinci Dönem Üçüncü Toplanma Yılını Açarken
  3. KARAL (Ord. Prof.), Enver Ziya (1927-10-20). Fatih ÖZDEMİR Atatürk'ten Düşünceler (kitab) (türkcə), 192. sayfa. Ankara: ODTÜ Yayıncılık. ISBN ISBN 975-7064-12-2.