Cəfa
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağıllıdan gələn cəfa cahillərin vəfasından yaxşıdır. Mövlana Cəlaləddin Rumi
- Axmaq başın cəfasını ayaqlar çəkər. Ləzgi atalar sözləri
B
redaktə- Bədəsil əvvəl vəfa göstərər, sonra cəfa. Azərbaycan atalar sözləri/B
C
redaktə- Cəfa çəkməyən səfa görməz. Azərbaycan atalar sözləri/C
- Cəfasın çəkən səfasın görər. Azərbaycan atalar sözləri/C
- Cəfasını mən çəkdim, səfasını yad gördü. Azərbaycan atalar sözləri/C
D
redaktə- Dünya bu yolda cəfa çəkənlərin sayəsində irəli gedir. Lev Tolstoy
E
redaktə- Eşq məhkəməyə bənzər, cəfa çəkmək də şahidə,
Əgər şahidin yoxdursa, məhkəməni uda bilmərsən. Yunus Əmrə
H
redaktə- Hər şey insanoğluna fəda ikən insanoğlu isə özünə cəfa olmuşdur. Şəms Təbrizi
M
redaktə- Mənə həsəd aparır hər tərəfdə min düşmən,
Çuğullayır məni hər yanda min rəzil, ədna.
Mənim tək arif olanlar həsəddən olmaz iraq,
Mənim tək alim olanlar çəkir həmişə cəfa. Əbül-üla Gəncəvi