Qarşılıqlı sevgiyə əsaslanan ər-arvad ittifaqı tama çevrilmiş birliyi əmələ gətirir; əgər bu, cehiz və ya nəslin davamı üçün bağlanırsa, onda əlaqələnmiş hissələrdən ibarətdir; əgər ki, yalnız ona görə ki, bir yerdə yatsınlar, onda uyğunlaşmış hissələrdən ibarətdirlər və belə kəbini birgə həyat yox, bir damın altında, yaşamaq hesab etmək daha doğrudur. Plutarx
Uşaqlıqdan mənim üçün alınıb yığılan cehizin ortasında dayanmışdım. Mətbəx əşyaları, yataq otağının avadanlığı – mənim həyatımın bütün hədəfləri bu əşyalarda görünürdü. Bu əşyalar sübut edirdi ki, məndən tələb olunan şey – ərimə mətbəxdə və yataq otağında xidmət etməkdir. Bu, çətin bir vəzifə idi. Mənim payım