Naz
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Abbasqulu bəyin nazı ilə çox oynayırıq haaa, Kərbəlayı... Axırıncı aşırım (film, 1971)
C
redaktə- Cehizsiz qız naz eləməz. Fars atalar sözləri
D
redaktə- Dərdimi sevirəm.. Bilirəm ki, dərdimi verən də məni sevir.. Sevən, sevdiyinin nazını ölçür.. Sevilən çəkməsin də neyləsin. Mövlana Cəlaləddin Rumi
Ə
redaktə- Əksəriyyətimiz üçün xoşbəxtlik maddi zənginliklə əlaqədardır. Lakin mal-mülkün təkbaşına xoşbəxtlik gətirmədiyi də ortadadır. Bunun üçün gözümüzü diqqətlə açıb baxmağımız kifayət edər. Hər cür naz-nemətə malik olmalarına baxmayaraq, sakitləşdirici dərmanlardan istifadə edən, ya da təsəlli tapmaq ümidiylə alkoqola məğlub olan insanlar tanıyırıq. Bunun əksinə, heç bir şeyi olmasa da xoşbəxt, dinc, sağlam həyat yaşayan insanlar da var, kifayət qədər də uzun ömür sürürlər. Dalay Lama
G
redaktə- Gözəl nazlı gərək. Azərbaycan atalar sözləri/G
Q
redaktə- Qız evi, naz evi. Azərbaycan atalar sözləri/Q
M
redaktə- Məndən soruşsalar ki, dövlətdən, naz-nemətdən nəyim var, qürur hissi ilə deyərdim: Bütün kainatı, yer üzünü təsvir və tərənnüm etməyə qadir sözüm, ana dilim var. Cəlil Məmmədquluzadə
Ö
redaktə- Övladın 7 yaşa qədər nazını valideyn çəkər.14 yaşa qədər övlad buyruqlara baxar.14 yaşından sonra onların qayğısını çəkər. Məhəmməd