Düşmənçilik
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağıllı ilə düşmənçilik etmək, axmaqla dostluq etməkdən yaxşıdır. İndoneziya atalar sözləri
Ç
redaktə- Çox zaman dostluq və düşmənçilik uzun sürüb əbədi olmur. Dostluq da, düşmənçilik də bahar buludu kimi gah yağar, gah da kəsər. Kəlilə və Dimnə
D
redaktə- Düşmənçilik fəzl, paxıllıq passiv aralıqdır. Buna görə də paxıllığın tezliklə nifrətə çevrilməsinə təəccüblənmək lazım deyil. Höte
- Düşmənçilik və nifrət xalqı tənəzzülə aparır. Fridrix Şiller
- Düşmənçilkdə dost düşməndən heç fərqlənmir. Menandr
Ə
redaktə- Ədavət qəlb üçün böyük yükdür. Yəni düşmənçilik ürəyi bütün işlərdən geri qoyar. Əli
K
redaktə- Kişi və qadın arasında heç bir zaman dostluq ola bilməz. Onların arasında yalnız sevgi, düşmənçilik, ehtiras və məftunluq ola bilər. Oskar Uayld
M
redaktə- Mübahisədən düşmənçilik, müzakirədən həqiqət doğar. Yəhudi atalar sözləri
S
redaktə- Sakitlik (təmkin) ona deyilir ki, şəriətin hörmətini saxlamaq və ya qayda-qanunlarına tabe olmamaq üstündə edilən düşmənçilik və müharibələrdə nəfs boşboğazlıq və sadəlövhlüyə yol verməsin. Nəsirəddin Tusi
- Sivil cəmiyyət insanın insana qarşı bəslədiyi düşmənçilik hissləri ucbatından daima dağılma və parçalanma təhdidi altındadır.[1] Ziqmund Freyd
- Söz böyük şeydir, ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olar, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar ədavət və düşmənçilik də.[2]
Y
redaktə- Yaxşıda düşmənçilik, pisdə vicdan olmaz. Qazax atalar sözləri
İstinadlar
redaktə- ↑ [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.