A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A Redaktə

  • Axmaqlığın ən böyük dəlili, eyni şeyi dəfələrlə edib fərqli bir nəticə əldə etməyi ümid etməkdir. Albert Eynşteyn
  • Allahın təqdirini Onun əleyhinə dəlil etməyin; çalışın, çabalayın. Əbdülqədir Geylani

B Redaktə

  • Birisi ilə mübahisə edəndə çalış ki, sözlərin yumşaq olsun, dəlillərin möhkəm. Rəqibini susdurmağa yox, inandırmağa cəhd et! Con Uilks

Ə Redaktə

  • Əgər bir nəfərə onun inanmaq istədiklərinin əksinə bir həqiqət desən, o sənin dediklərini araşdıracaq, əgər əsaslı dəlilin yoxdursa, sənə inanmaq istəməyəcək.Yox əgər ona inanmaq istədiklərinə uyğun bir şey desən, heç bir dəlil-sübütsuz sənə inanacaqdır. Bütün inancların əsasını bu təşkil edir. Bertran Rassel

G Redaktə

H Redaktə

  • Həqiqətən göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. Qurani-Kərim
  • Hər şeydən asan əsasında ağıllı dəlillər dayanan partiyanı məhv etməkdir. Lyuk de Klapye Vovenarq

T Redaktə

  • Təcrübə gəstərir ki, sınaqdan keçirilməmiş, dəlillə müdafiə edilməmiş düşüncə, bütün qəbul etdiyimiz həqiqətlərin əsasını təşkil etsə də, həqiqətin təminatçısı deyil. Bertran Rassel