Dəvə
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- At bir aylıq yolu fikirləşər, dəvə - bir illik, ula isə ayağının altındakı. Qaraqalpaq atalar sözləri
- Ayrı-ayrı yollar izin dəvə bilir. - Kitabi Dədə Qorqud
D
redaktə- Dəvə bir fikir eləsə, sarban iki fikir elər. - Azərbaycan atalar sözləri
- Dəvə quraqlıqda gedər, amma bir də onu bataqlıqda gör. Özbək atalar sözləri
- Dəvə yaxını otlar, uzağı gözlər. - Azərbaycan atalar sözləri
- Dəvə yükü aş olsa da, ac adama az görünür. Mahmud Qaşğari
- Dəvəcə böyümüşsən, köşəkcə əqlin yox. - Kitabi Dədə Qorqud
- Dəvəni toya çağırıblar: "Dabanım böyük oynamıram, dodağım böyük söyləmirəm, ya suları əskikdir, ya odunlar" - deyib. Türk atalar sözləri
- Dəvəni yük üzər, insanı - həya. Qaraqalpaq atalar sözləri
- Dəvənin quyruğu yerə dəyəndə işim düzələr. - Azərbaycan atalar sözləri
- Dəvəyə "Enişimi sevirsən, yoxuşumu? -deyiblər; "Düz yolu göyəmi çəkdilər?" - deyib. Türk atalar sözləri
- Dəvəyə "hoy" demək də köməkdir. Türkmən atalar sözləri
- Dəvəyə ot lazım olanda boynunu uzadar. Türk atalar sözləri
İ
redaktə- İgid ilqarından, dəvə ovsarından. - Azərbaycan atalar sözləri
- İynə də hədiyyə olar, dəvə də. Qaraqalpaq atalar sözləri
Q
redaktə- Qoca dəvə bərk nərildər, qoca xoruz bərk banlar. Qaraqalpaq atalar sözləri
M
redaktə- Məkkəyə gedən dəvə hacı olmaz. - Azərbaycan atalar sözləri
O
redaktə- Onun üzü - dəvənin dizi. - Azərbaycan atalar sözləri
Ş
redaktə- Şahin ilə dəvə ovlanmaz. Türk atalar sözləri