Dəvət
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktəC
redaktə- Cinayət yoluxucu xəstəlikdir. Hökumətin özü qanun pozucusuna çevrilirsə, bu qanuna hörmətsizlik yaradır və hər kəsi özləri üçün qanun olmağa dəvət edir və anarxiyaya gətirib çıxarır. Luis Brandays
Ç
redaktə- Çərənçi adamı evinə dəvət etmə. Pifaqor
D
redaktə- Dəvət ediləndə qonaq getmək normaldır. Ən pisi isə çağırılmayanda getməkdir. Amma ən yaxşısı isə, sizi dəvət edirlər, amma siz getmirsiniz. Sergey Dovlatov
- Düşüncələrinizdən qurtulun. Düşüncələr olmadan harada olursunuzsa olun, Allah sizinlə olacaq. Onu axtarmaq üçün hara gedəcəksiniz? Yaxşı, əslində nə olduğunu tam olaraq bilmədiyiniz bir şeyi necə axtara bilərsiniz? Onu axtararaq yox, içinizdə hüzur yaradaraq tapa bilərsiniz. Bugünə qədər heç kim ona getməyib. O daha çox onu doğru şəkildə dəvət edənə özü gələr. Bunu bilənlər, bir məbədə çevrilər. Oşo
Ə
redaktə- Əgər canavar səni dəvət etsə, onun yanına get, amma itini də özünlə apar. Gürcü atalar sözləri
H
redaktə- Həyatımı yenidən yaşamalı olsaydım, kirli xalça və solğun divana baxmayaraq dostlarımı yeməyə dəvət edərdim. Erma Bombek
K
redaktə- Keçmiş bir fəlakətə kədərlənmək bir yenisini dəvət etmənin ən əmin yoludur. Uilyam Şekspir
Q
redaktə- Qıza göz qoymusunuzsa, ona yaxınlaşın (məsafə 2 metr). O bu məsafədən sizin hələ də xoşunuza gəlirsə, onunla danışın (məsafə 1 metr). Danışdığınız mənasız şeylərə gülürsə, onu ya rəqsə, ya da içkiyə dəvət edin (məsafə 50 santimetr). Bundan sonra yanında oturun (məsafə 30 santimetr). Gözləri parıldayan kimi saçını qulağının arxasına keçirin (məsafə 15 santimetr). Əgər saçına əl vurmağa icazə verirsə, ona bir az daha yaxın əyilərək danışın (məsafə 8 santimetr). Nəfəsi tezləşsə, dodaqlarınızı dodaqlarına sıxın (məsafə 0 santimetr). Əlbəttə, bütün bu strategiya bir məqsəd - məsafəni mənfiləşdirmək - güdür. Frederik Beqbeder
M
redaktə- Mən bir qədər rus bolşevizmi ilə tanışam, Sizi inandırıram ki, indiki Rusiya hökuməti də müsəlmanlara yaxşı münasibətdə deyil. Bunu bolşeviklər, tanınmış millətçi-şovinistlər olan və bir gündə bolşeviklərə çevrilən erməni daşnaklarını Bakıda özlərinə köməyə dəvət edərkən sübut etdilər.[1] Əlimərdan bəy Topçubaşov
O
redaktə- O vaxt gizli təşkilatımız ilhamını bir neçə irəli gələn millətpərvərlərimizdən alırdı. Onların başında Ələkbər bəy, iki qardaş Xasməmmədli Ələkbər və Ələsgər, Yusifbəyli Nəsib bəy, doktor Həsən Ağaoğlu dururdular. Bu böyüklərimiz Ağaoğlu Əhməd bəyi axşam yeməyinə dəvət edərkən xeyli söhbət aparırlar. Azərbaycan xalqının gələcəyi qaranlıq olduğu və qarşıda ruslar ermənilərin əli ilə hər bir pisliyi edə biləcəkləri üçün yenidən xalqı birləşdirmək, rus idarəsi ilə mücadilə etmək və ruslara anlatmaq ki, asanlıqla məhv olmayacağıq. Rusların gözlərini qorxutmaq. Bunun üçün gizli bir tədhiş komitəsi yaratmağa, gizli firqəni “Difai” firqəsi deyə adlandırmağa qərar verirlər. [2]
- Nağı bəy Şeyxzamanlı- AXC-nin Əksinqilab ilə mübarizə təşkilatının rəisi
P
redaktə- Perikl bütün həyat tərzini dəyişdirdi. Bütün şəhərdə onu yalnız bir yolda – Meydan və Şuraya gedən yolda görmək olurdu. O ziyafətlərə dəvətlərdən və bu üsulla olan qısa dostluq münasibətlərindən imtina etmişdi. Belə ki, o öz uzun siyasi karyerası ərzində heç bir dostunun yanına nahar etməyə yollanmadı. Yalnız qohumu Evriptolemin toyu zamanında keçirilən ziyafətdə yerə şərab tökülənə kimi qatılmışdı, şərab tökülən kimi də dərhal stol ətrafından qalxdı. Plutarx
S
redaktə- Səbəb və ya dəvət olmadan başqasının evinə getmə. Çanakya
- Suyun üzəri hələ aydınlıqdır, amma dərində qaranlıqlar sezilir. Dəniz belədir. Zatən, onu bunun üçün sevirəm. Həyatın çağırışı, ölümə dəvət. Alber Kamyu