Damar
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Axacaq qan damarda durmaz. Türk atalar sözləri
- Ağıllı insanlar cəmiyyətin qan damarıdır. Daniel Defo
- Alkoqol damarların və dostlar dairəsinin qısamüddətli genişlənməsinə səbəb olur. Salvador Dali
B
redaktə- Biz həmişə vergiləri dövlətin damarı hesab etmişik. Mark Tulli Siseron
D
redaktə- Damara bax, qan al. Azərbaycan atalar sözləri
İ
redaktə- “İnsan yeddi yaşında necədirsə, yetmişində də odur!” deyirlər. Ancaq yeddisində nədirsə, on yeddisində, iyirmi yeddisində o deyil. Məsələn, yeddisində qorxaq olana, on yeddisində bir cəsarət gəlir, qanı qaynayır. Amma qırxdan sonra damarlar qalınlaşdıqca əvvəlki qorxaqlıq yenə deşiyindən burnunu göstərir. Reşat Nuri Güntekin
K
redaktə- Kişilər öz zəifliklərini bilməməkdə günahlandırılsalar da, öz güclərini bilənlər azdır. Torpaqda olduğu kimi kişilərdə də, bəzən sahibinin bilmədiyi bir qızıl damarı var. Conatan Svift
Q
redaktə- Qarı düşmən dost olmaz, əyridi bir damarı. Azərbaycan atalar sözləri/Q
M
redaktə- Məktəblərini xalqın düşünən beyni, alimlərini görən gözü, müəllimlərini əbədi sərvəti, qadınlarını əxlaq abidələri, gənclərini şah damarı, şəhidlərini şəfaətçiləri, bayrağını ürəyi, vətənini anasının ləyaqəti kimi görən millət var olub yaşayacaqdır. Füyuzat jurnalı
N
redaktə- Niyə evlilik üzüyü üzük barmağına taxılır? Çünki başqa heç bir barmağımızdan birbaşa ürəyə gedən damar yoxdur. Əziz Nesin