Qan
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Ağıllı insanlar cəmiyyətin qan damarıdır. Daniel Defo
BRedaktə
- Bizə heç kim azadlıq verməyib, biz azadlığımızı şəhidlərimizin qanı ilə almışıq. Əbülfəz Elçibəy
- Böyük insanın iki ürəyi var: birindən qan axır, o biri dəyanətlə dözür. Cübran Xəlil Cübran
- Bütün adamların qanı qırmızı, bacarıqları fərqlidir. Alman atalar sözləri
DRedaktə
- Damara bax, qan al. Azərbaycan atalar sözləri/Söz, söhbət və danışıq
- Demədiyim sözdən heç vaxt peşman olmamışam, lakin çox olub ki, dediyimdən qan və torpaq içində yatmışam. Əbdürrəhman Cami
ERedaktə
- Eşq üçün tökülən göz yaşı və müharibədə tökülən qanın əvəzi olmaz. Fransız atalar sözləri
- Etiraf et - bağışlan, səhvini qan - alqışlan. Elman Həbib
ƏRedaktə
- Əzabkeşlərin qanı Kilsə ağacını sulayır. Tertullian
HRedaktə
- Heç bir damcı Allah yanında bu iki damcıdan – Allah yolunda tökülmüş qan damcısından və gecə yarısı Allaha görə tökülən göz yaşı damcısından əziz deyil.[1] İmam Səccad
- Həqiqi zəfərlər qan tökülmədən qazanılan zəfərlərdir. Pittak
XRedaktə
- Xəncər çıxdı, qan çıxdı. Azərbaycan atalar sözləri/X
- Xəsisin barmağından da qan çıxmaz. Udmurt atalar sözləri
- Xəsisin yarasından qah da axmaz. Qırğız atalar sözləri
İRedaktə
- İçin yanarkən üşümək, ürəyin qan aglarkən gülmək, darıxıb da sevdiyini görə bilməmək.. İşdə eşq bu olsa gərək! Can Yücəl
- İqtisadi, sosial və mədəni müharibələr qanlı müharibələrdən daha təhlükəlidir. Qustav Lebon
- “İnsan yeddi yaşında necədirsə, yetmişində də odur!” deyirlər. Ancaq yeddisində nədirsə, on yeddisində, iyirmi yeddisində o deyil. Məsələn, yeddisində qorxaq olana, on yeddisində bir cəsarət gəlir, qanı qaynayır. Amma qırxdan sonra damarlar qalınlaşdıqca əvvəlki qorxaqlıq yenə deşiyindən burnunu göstərir. Reşat Nuri Güntekin
QRedaktə
- Qadının hikkəsi kişinin ürəyinə sancılmış fin bıçağıdır. tərpətsən qan fışqıracaq. Elman Həbib
- Qan dəri altında dövran etdiyi kimi, yaxşı kitabın da altında həyatın nəbzi vurur. Kalinin
- Qanı qan ilə yumazlar. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
- Qızıl ləyənin qan qusana nə faydası?! Bolqar atalar sözləri
NRedaktə
- Namusuna toxunulmuş, şərəfi alçaldılmış və qan çanağına dönmüş toplum. Bax budur burjua toplumu. Roza Lüksemburq
ORedaktə
- Oğlunun davakarlığı ilə fəxr edən ata axırda ağzı qanlı qalar. Fars atalar sözləri
SRedaktə
- Sözün əslinə qalanda yazmaqda qeyri-adi heç nə yoxdur. Oturursan yazı makinasının arxasına və başlayırsan qan-tər tökməyə. Ernest Heminquey
ŞRedaktə
- Şeir qanı axan yaranın və ya gülümsəməyən dodaqların nəğməsidir. Cübran Xəlil Cübran
TRedaktə
- Tarixin çarxları insan qanı ilə yağlanıb. Fuad Ələkbərov
URedaktə
- Ustadına kəm baxanın gözlərinə qan damar. Azərbaycan atalar sözləri/U
- Uşaq adamı qanlı qapısına aparar. Azərbaycan atalar sözləri/U
VRedaktə
- Veriləcək tək qərar intiqamdır. Bir qan davası, və bir məqsədi var boş yerə deyil. Dəyərlər və dürüstlük vaxtı gəldiyində qazanacaq, və zülm sona çatacaq bilirəm. V for Vendetta
- Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi. Azərbaycan atalar sözləri/V
IstinadlarRedaktə
- ↑ Biharul-Ənvar, c.69, səh.378, hədis 31