Etiraz
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B redaktə
- Başqasının azadlığını inkar edənin özü azadlığa layiq deyil. Əgər burada istibdad hakimiyyəti hökm sürərsə, mən riyakarlıq qarışığı olmayan, müstəbidliyi təmiz olan, azadlıq sevgisinə etirazı olmayan bir ölkəyə, məsələn Rusiyaya mühacirət etməyi üstün tutardım. Avraam Linkoln
D redaktə
- — Dostoyevski öldü.
— Etiraz edirəm! Dostoyevski ölümsüzdür! Mixail Bulqakov
Ə redaktə
G redaktə
- Gələcəkdən qaçan insanlara etiraz edirəm. Bütün ömrüm boyu orada yaşayacağam və onun gözəl bir yer, cilalanmış, parlaq, parıltılı və izzətli olmasını istərdim. Çarlz Katterinq
H redaktə
- Hamı eyni tale ilə yaşayır və eyni hissləri keçirirdi. Ən böyük hiss isə ayrılıq və əsir düşmə hissi idi, qorxu və etirazı yaradan da elə o idi. Alber Kamyu
- Hər kəs nəfsini sevdiyindən öz eyiblərini görə bilməz, bu eybin əlamətləri aşkar olduqda da onu dərk etməz. Bunun müalicəsi üçün deyilibdir: O adam fazil və kamil bir dost tapmalı, uzun müddət onunla oturub-durduqdan, ünsiyyət saxladıqdan sonra ixtiyar verməlidir ki, onun səhvlərini desin, o da bu səhvləri islah etsin, dostun köməyi və sədaqəti də bundadır. Bu barədə onunla möhkəm əhd-peyman bağlaya, heç bir şeyi gizlətməyə, deməyə ki, səndə heç bir eyib yoxdur, belə desə, bununla razılaşmaya, təkid edib onu doğru danışmağa məcbur edə, deməsə, dostluğa xəyanətdə təqsirləndirə, yenə əvvəlki sualına qayıda, daha da yalvar-yaxar edə, inad göstərib sussa, kədərlənə, ondan tamamilə üz döndərəcəyini, dostluğu qıracağını deyə, əl çəkməyə, nəhayət, dilə gətirməyə müvəffəq ola, eyiblərini söylədə; əlbəttə, bu vaxt onun dediklərinə etiraz etməməli, belə olmadığına sübut-dəlil gətirməməli, qaş-qabağını salıb narazılığını bildirməməlidir; əksinə, ona sevinc və şadlıqla qulaq asmalı, təşəkkürünü bildirməli, xəlvət yerə çəkilib ünsiyyəti möhkəmlətməli, səmimiyyəti artırmalı, eyiblərindən mümkünsə yaxa qurtarmağa, onları aradan qaldırmağa çalışmalı, dostunun etibarını daha çox qazanmalı, nəfsinin islahı xatirinə dönə-dönə belə etməli və dostunun sözlərindən inciməməlidir. Nəsirəddin Tusi
İ redaktə
- İstədiyiniz qədər etiraz edin, amma küçə və meydanlarda toplaşmayın. Müəmmər əl-Qəzzafi
M redaktə
- Mən “Xristian Respublikası” ifadəsini işlətməklə səhv etmişəm. Bu iki söz bir-birinə ziddir. Xristianlıq yalnız köləlik və asılılığı təbliğ edir. Onun ruhu zülmü üstün tutur və həmişə də bundan faydalanır. Həqiqi məsihçilər kölə olmaq üçün yaradılıblar və onlar bunu bilir, amma buna qarşı etiraz etmirlər; bu qısa həyat onların gözündə heç bir şey demək deyil. Jan Jak Russo
- Milyonlar üzərində mənəvi başlanğıcın qələbəsi üçün içirəm. Bu o demək deyil ki, o, yad ciblərdə mənə mane olur və mən heç də onların sahiblərinə paxıllıq etmirəm. Mən prinsipə görə etiraz edirəm. Gi de Mopasson
O redaktə
- O tam dəli deyil, - deyə prefekt etiraz etdi, - amma axı o şairdir, deməli, dəlilikdən uzaq deyil. Edqar Allan Po
T redaktə
- Tale üzərində durub onu sübut göstərməyimiz düzgün deyil. Əksinə biz çalışar, çabalar və nə etiraz, nə də tənbəllik etmərik. Əbdülqədir Geylani
Y redaktə
- Yazıçılıq sənəti qorunması güc olan bu iki tapşırığa bağlı qalacaq; bilə-bilə yalan danışmamaq və insanın insanı əzməsinə etiraz etmək. Alber Kamyu