Nils Henrik David Bor (7 Oktyabr, 1885 – 18 Noyabr 1962) – Danimarkalı fizik, müasir fizikanın banilərindən biri. Atomun ilk kvant nəzəriyyəsini hazırlamış, atomun quruluşu və kvant mexanikasının əsaslarının işlənilməsində iştirak etmişdir. Oğlu Age Nils Bor da atası kimi XX əsrin böyük fiziklərindən biri olmuş və 1975-ci ildə Nobel mükafatına layiq görülmüşdür.

Nils Bor



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Aydınlıq və həqiqət üst-üstə düşmür, aydınlıq həqiqətə bir əlavədir.

B redaktə

  • Bayağılıq əksi yanlışlıq olan ifadədir. Böyük həqiqət isə əksi digər böyük həqiqət ola biləcək ifadədir.
  • Bəşəriyyət atom kabusu içində ölməyəcək, öz tullantılarında boğulacaq.
  • Biliklərimizi qaydaya salmaq üçün hansı sistemdən istifadə etməyimizdən asılı olmayaraq, bu sistem dünyanın özü ilə qarışdırılmamalı olan dünya modeli olaraq qalır.
  • Biz qeyri-müəyyən anlayışlarla, tətbiqetmə hədləri bilinməyən məntiqlə işləyirik və bütün bunlarla yanaşı, biz hələ də təbiəti başa düşdüyümüzə müəyyən aydınlıq gətirmək istəyirik.
  • Böyüklə kiçik arasında sərhəd çəkmək lazım deyil. Çünki, onların hər ikisi tək vahid üçün eyni dərəcədə vacibdir.
  • Bu, bəlkə də həmişə xarakterik olub. Biz gəncə özümüzün axmaq olduğumuzu göstərməkdən qorxmurduq. Mübahisələr və ziddiyyətləri kəskinləşdirməkdən heç vaxt çəkinmədik.
  • Bütövlükdə, problemə bütün yanaşma hələ son dərəcə yarımepirəvi xarakter daşıyırdı və tezliklə aydın oldu ki, elementlərin fiziki və kimyəvi xassələrinin tam təsvir edilməsində kvant postulatlarını məntiqi cəhətdən qeyri-ziddiyyət təşkil edən sxemə birləşdirmək üçün klassik mexanikadan yeni radikal gediş tələb olunur.

D redaktə

  • Doğru ifadənin əksi yalan ifadədir. Ancaq dərin bir həqiqətin əksi başqa bir dərin həqiqət ola bilər.
  • Dünyada o qədər ciddi şeylər var ki, onlar haqqında yalnız zarafatla danışmaq olar.
  • Düzgün təsdiqin əksi yalan təsdiqdir. Ancaq böyük bir həqiqətin əksi başqa bir böyük həqiqət ola bilər.

E redaktə

  • Eksperimentlə yanlış nəzəriyyənin oxşarlığı heç nə sübut etmir, çünki axmaq nəzəriyyələr arasında eksperimentlə uyğunlaşan müəyyən sayda nəzəriyyə həmişə tapılacaq.
  • Ekspert, müəyyən bir dar sahədə bütün mümkün səhvlərə yol verən şəxsdir.
  • Elm iki qrupa bölünür-fizika və markaların toplanmasına.
  • Elmi işdə gələcək üçün inamlı proqnozlar vermək olmaz, çünki həmişə maneələr yaranır ki, bu da yalnız yeni ideyaların meydana çıxması ilə aradan qaldırıla bilə.
  • Elmin artıq bəşəriyyəti ya misli görünməmiş bədbəxtlik və ya misli görünməmiş fayda gətirəcək bir layihəyə yaxın olması fikri məni tərk etmir.
  • Eynşteyn bəsdir Allahın nə etməyini diktə etdin.” Bəzən isə “zəriylə nə etməyini.
  • Eynşteyn klassik fizikanın bütün modelini yenidən qura və ümumiləşdirə bildi və bununla da dünya rəsminə gözlənilənləri üstələyən vəhdət bəxş etdi.

Ə redaktə

  • Əgər ideya ağılsız bir ideya olmasa, onun heç bir faydası olmayacaq.
  • Əgər kvant mexanikası səni dərindən sarsıtmamışsa, deməli sən onu hələ başa düşməmisən.
  • Əksliklər ziddiyyətlər deyil, əlavələrdir.

G redaktə

  • Gələcək haqqında dəqiq proqnoz vermək çox çətindir.
  • Gənclərin qarşısında axmaq görünməkdən qorxmadığımızdan başqa heç bir xüsusi sirrimiz yoxdur.

H redaktə

  • Heç vaxt özünüzü düşünə biləcəyinizdən daha aydın ifadə etməyin.
  • Həqiqət aydınlıqla tamamlanır.
  • Həqiqətin iki növü var – inkar edilməsi mənasız olan adi həqiqət, bir də əks təsdiqi də dərin həqiqət olan dərin həqiqət.

İ redaktə

  • İş, başqa heç nə edə bilməyənlərin son sığınacağıdır.

K redaktə

  • Kvant fizikasından şok olmamış bir fizikaçı, fizikanı anlamamışdır.

M redaktə

  • Mən tamamilə güman edə bilərəm ki, qəhrəman bir qadın xilas olmaq üçün qaçarkən sonda dolama və təhlükəli dağ cığırında ola bilər. Az ehtimal olsa da, amma yenə də mümkündür ki, o, uçurum üzərindəki körpüyə ayaq basanda körpü uçacaq. Müstəsna olaraq az ehtimal var ki, o, son anda ot kökündən yapışacaq və uçurumdan asılı qalacaq və mən belə bir imkanla razılaşa bilərəm. Lap çətin olsa da, inanmaq olar ki, yaraşıqlı bir kovboy bu anda oradan keçəcək və bədbəxt qadına kömək edəcək. Amma bu anda kamerası olan operator bütün bu həyəcanlı hadisələri kamerasına çəkməyə hazır olacaq, mən buna inanmaram!
  • Mənfi nəticə də bir nəticədir.
  • Mənim səsləndirdiyim hər bir cümləyə təsdiq kimi yox, sual kimi baxılmalıdır.
  • Mütəxəssis, dar bir sahədə edilə biləcək bütün səhvləri etmiş adama deyilir.

N redaktə

  • Nə xoşbəxtdik ki, paradoksla üzləşdik. Bax indi uğura ümid edə bilərik.

Ö redaktə

  • Ölçülməyənə qədər heç nə mövcud deyil.
  • Özünüzə düşmən qazanmaq istəyirsinizsə, nəyisə dəyişməyə çalışın.

P redaktə

  • Paradoksla qarşılaşdığımız necə də gözəldir. İndi irəliləməyə ümidimiz var.
  • Problemlər həllindən daha vacibdir. Həllər köhnələr, problemlər isə qala bilər.

S redaktə

  • Sizin nəzəriyyəniz ağılsız bir nəzəriyyədir, amma həqiqət olması üçün kifayət qədər ağılsız deyil.

T redaktə

  • Təcrübə məyusluğumuzun cəmidir.
  • Tisvilddəki şəhərkənarı evimizin yaxınlığında öz evinin giriş qapısından köhnə xalq inancına görə xoşbəxtlik gətirməli olan at nalı asmış adam yaşayır. Bir tanış ondan soruşur: “Sən necə də cahilsən. Sən doğrudanmı elə düşünürsən ki, nal sənə xoşbəxtlik gətirəcək?”. O cavab verdi: “Əlbəttə, yox. Amma deyirlər ki, o hətta ona inanmadığın vaxtda belə kömək edir”.

Y redaktə

  • Yaxşı olardı ki, bizim özümüzün də bir hissəsi olduğumuz təbiət anlayışımızın sərhədlərini genişləndirməkdən başqa bir məqsədi olmayan sırf elmi araşdırma ilə məşğul olaydıq.

Vikipediyada Nils Bor haqqında məqalə var.

İstinadlar redaktə