Eybəcər
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bir Çin yazıçısı demişdir ki, kişi və qadın arasında sevgi ona gətirib çıxarır ki, eybəcər bədənlər bir-birini qucaqlayır. İxara Saykaku (Xirayama Toqo)
E
redaktə- Eybəcər sifətə adət etmək və uyğunlaşmaq olar, çünki o həmişə eyni cür təzahür edir; eybəcər mənəviyyata isə uyğunlaşmaq olmur, çünki o həmişə müxtəlif formalarda təzahür edir. Əbu Turxan
- Eybəcərlik dizimin üstündə oturandan özümdə inanılmaz bir yorğunluq hiss etdim… Salvador Dali
Ə
redaktə- Əxlaq qaydaları vasitəsilə həqiqi olan hər şeyin saxtalaşdırılması bütün eybəcər görkəmi ilə qarşımızdadır: miskin psixologiya, — o, filosofu əyalət keşişinin səviyyəsinə endirir. Fridrix Nitsşe
F
redaktə- Faşizm kommunizmin kölgəsi və eybəcər yetişdirməsi idi. Uinston Çörçill
- Fikirləşdim ki, əgər mənim qədər kinoya nifrət edən bir adam da kinoya çəkilməyə razılıq verirsə, dünyada bundan eybəcər ikiüzlülük yoxdur. Cerom Selincer
İ
redaktə- İnsanlar güzgüyə baxıb özlərini eybəcər hesab edirlər: onlar əmindirlər ki, gözəllik hər şeydən əsasdır, və onunla təsəlli tapırlar ki, hər kəsin gözəl, varlı və məşhur olduğu jurnalları vərəqləyirlər. Paulo Koelyo
K
redaktə- Kişiyə oxşamağa çalışan qadın arvada oxşar kişi kimi eybəcərdir. Lev Tolstoy
Q
redaktə- Qadınların nə hündür kişilər xoşuna gəlir, nə balaca boy, nə kök, nə arıq, nə gözəl, nə eybəcər, o kişilər xoşlarına gəlir ki, onlarla məşğul olmaq istəsin. Anna Axmatova
- Qozbellərin olduğu yerdə gözəl fiqur eybəcər görünür. Onore de Balzak
P
redaktə- Pis övlad altıncı barmaq kimidir-kəsərsən, ağrıyar, kəsməzsən, eybəcər göstərər. Azərbaycan atalar sözləri/P
S
redaktə- Sərxoşluq əxlaqca pozulmanın ən eybəcər əlamətidir. Mirzə Fətəli Axundov
- Sırtıq lovğa eybəcərdir. Amma hər hansı bir şöhrətdən, ləyaqətədən uzaq insan daha eybəcərdir. Vissarion Belinski
T
redaktə- Tovuz sən nə gözəlsən, amma ayağın eybəcər. Alman atalar sözləri
V
redaktə- — Vatson, elə ağaclar var ki, onlar müəyyən hündürlüyə çatana qədər normal boy atırlar. Sonra gözlənilmədən aşkar olunur ki, inkişaf mərhələsində normadan eybəcər kənara çıxmalar olub. Bu hal insanlarda da tez-tez müşahidə olunur. Artur Konan Doyl
Y
redaktə- Yazıçı olmaq çox da çətin deyil. Elə bir eybəcər, cəfəngiyyat yoxdur ki, özlərinə uyğun cütlük, oxucu tapmamış olsun. Anton Çexov