Hərbi
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bolşevizmlə mübarizə tədbirlərindən biri xalqda sağlam milli hisslərin oyadılmasıdır. Bu, Azərbaycan Respublikasının yaranmaqda olan gənc ordusu üçün xüsusilə zəruridir. Bizim yalnız tatarlarla (azərbaycanlılarla) komplektləşdirilən hərbi qüvvələrimiz öz xalqının dünya tarixinin səhifələrində çoxlu igidliklər yazmış, bütün Avropa xalqları tərəfindən xatırlanan və danışılan, ancaq özümüzün daha az bələd olduğumuz şərəfli hərbi keçmişini bilməlidirlər. Yüz ildən artıq davam edən Rusiya səltənətindən xilas olan türk (Azərbaycan) xalqına xatırladılmalıdır ki, biz heç də həmişə əsarət altında olmamışıq, həm də öz iradəmizi Avropa və Asiyaya diktə etmişik. Güman edirəm ki, türk (Azərbaycan) tarixinin bilicilərindən kiməsə xalqımızın bu günə qədərki mühüm hadisələrini özündə əks etdirən tarixi barədə kütləvi kitabçaları hazırlamağı və çap etdirməyi tapşırmaq çox faydalı olardı... Bizim ziyalılarımızın əsas vəzifələrindən biri orduya onun tarixi keçmişini tanıtmaqdır. Səməd bəy Mehmandarov
- Bu gün biz mədəni irsimizə böyük töhfə vermiş bir ölkədə, bizim sivilizasiyanın inkişafını nümayiş etdirən abidələrlə zəngin bir ölkədə mübarizə aparırıq. Müharibə imkan verdiyi qədər biz o abidələrə hörmət etməyə borcluyuq. Əgər məşhur bir binanı dağıtmaq və öz adamlarımızı qurban vermək arasında seçim etməliyiksə, o zaman kişilərimizin həyatı sonsuz dərəcədə daha çox sayılır və bina getməlidir. Ancaq seçim həmişə bu qədər aydın deyil. Hərbi zərurət arqumentinin qarşısında heç nə dayana bilməz. Bu qəbul edilmiş prinsipdir. Lakin “hərbi zərurət” ifadəsi bəzən hərbi rahatlıqdan və hətta şəxsi rahatlıqdan danışmaq daha doğru olacağı yerdə istifadə olunur. İstəmirəm ki, süstlük və ya laqeydlik ört-basdır etsin. Tarixi abidələrin yerlərini onların cəbhə xəttimizdən dərhal qabaqda və ya bizim işğal etdiyimiz ərazilərdə olub-olmadığını müəyyən etmək ali komandirlərin vəzifəsidir. Normal kanallarla aşağı eşleonlara ötürülən bu məlumat bütün komandirlərin üzərinə bu məktubun ruhuna əməl etmək məsuliyyətini qoyur. Duayt Eyzenhauer
C
redaktə- Cəmiyyətin 3 sahəsinə güzəşt etmək cinayətdir: təhsil, səhiyyə, hərbi. Qara Mustafayev
G
redaktə- Görkəmli imperator (sərkərdə) dörd istedada malik olmalıdır: hərbi işi bilməyə, şücaətə, nüfuza və uğur qazanmağa. Mark Tulli Siseron
H
redaktə- Hərbi əsir- səni öldürmək istəyən, amma nail olmayan, sonra səndən onu öldürməməyi xahiş edən adamdır. Uinston Çörçill
- Hərbi hakimiyyət despotizmə aparır. Qustav Lebon
- Hərbi xidmət üçün intizamsızlıqdan pis şey yoxdur; çünki bir ordunun digəri üzərində üstünlüyünü silah-sürsatın və şəxsi heyətin sayından çox intizam verir. [1] Corc Vaşinqton
- Hərbi qüvvələr ölkənin müdafiəsi üçün kifayət deyil, bununla yanaşı, özünü müdafiə edən xalq məğlubedilməzdir. Napoleon Bonapart
- Hərbi nazir o qədər qənaətlə yaşayır ki, maaşı səkkiz min dollar olsa da, bir il ərzində on iki min dollar toplaya bilib. Mark Tven
- Hərbi sənayenin mövcudluğuna yeganə bəraət xalqın təhlükəsizliyidir. Alfred Nobel
- Hərbi sənətin sirri ondadır ki, lazımi anda və lazımi yerdə düşməndən güclü olasan. Napoleon Bonapart
- Hərbi şöhrətə, ordulara utanc, əsgər sənətkarlığına görə utanc: insanları axmaq qurbanlara, sonra pis cəlladlara çevirir!" Bəli, ayıb! Düzdür, amma bu həqiqət bizim üçün hələ də yoxdur. Bir insanın dərk edəcəyi digər həqiqətlər arasında yazıldığı zaman həqiqət olar. Yanğın (Anri Barbüs)
İ
redaktə- İxtiraçılar çəkdikləri layihələrdə, keçmiş müharibə salnamələrində tikanlı simləri ötüb keçmə, hərbi gəmiləri sıradan çıxartma və aeroplanların hücumlarını zərərsizləşdirmə yollarını həyacanla arayıb-axtararkən, ürək, bildiyi bütün əməllərə birdən müraciət edir, peyğəmbərlərin qəribə gələcəkdən xəbər vermələrini ciddiyyətlə götür-qoy edir, sığınacaq, uğurlu əlamət, təsəlli axtarır. Dəftərlər
- İşğal dövrünü fransızların yadına salmaq üçün ictimai parkda alman hərbi musiqisi konsertini təşkil etmək kifayətdir. Jan Pol Sartr
Q
redaktə- Qiyamət gününü belə adlandırmamızın səbəbi ancaq bizim zaman anlayışımızdandır; əslində o bir növ hərbi vəziyyət məhkəməsidir. Frans Kafka
M
redaktə- Mülki və hərbi cəsarət eyni başlanğıcdan qidalanır. Onore de Balzak
O
redaktə- Ordu komandiri hərbi elmlərdə bilikli, təhsilli, yorulmaz və cəsarətli olmalıdır. Çanakya
R
redaktə- Rəhbərin yazı masası döyüşdəki hərbi gəminin göyərtəsini xatırlatmalı, orada artıq heç nə olmamalıdır. Otto fon Bismark
T
redaktə- Torpağımızı qorumaq hər bir azərbaycanlının şərəfli borcudur. Əgər bəziləri bunu anlamırlarsa, qorxurlarsa, hərbi xidmətə tab gətirə bilmirlərsə, onlar öz vicdanları, ata-anaları, vətən qarşısında xəyanət edirlər. Gün o gün olacaq ki, Azərbaycan torpaqlarının hamısı azad olacaq. Hər bir vətəndaşımız öz elinə-obasına qayıdacaqdır. Heydər Əliyev
İstinadlar
redaktə- ↑ Brayan Treysi. Bəhanələrə yox! daxili intizamın gücü. Bakı, 2013.səh.137