Azadlığın çox olmasını görən insanlar pul, hakimiyyət ardınca qaçmağa başlayıblar, tamahkar və laqeyd olublar. Hər şeyin günahkarı kapitalizmdir...[1]Cabir İmanov
Hakimiyyət yalnız o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət və tərbiyə alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə vermişdir. Pol Anri Holbax
Hansı hakimiyyət güclüdür? - sualına Pittak qanunlarla yazılan hakimiyyət – cavabını vermişdir. Pittak
Hökmdar 3 şeyi yadında saxlamalıdır: birincisi - o, insanları idarə edir, ikincisi - qanunlar ona Allah tərəfindən verilib, üçüncüsü - hakimiyyət əbədi deyil. Aqafon
Hökmdarın əsas xüsusiyyəti müdriklikdir, əgər insanda böyük hakimiyyət dərrakə və idrakla birləşirsə, ən yaxşı dövlət quruluşu meydana gəlir. Platon
Mənim üçün ən böyük təhlükə onda idi ki, mən əlimdə olan bütün hakimiyyət və nüfuza görə qazandığım çoxlu pullara borclu olduğumu etiraf etməli idim. Corc Soros