Keşiş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Allah üç şər-xəta yaratdı: keşiş, şeytan və keçi. Rus atalar sözləri
B
redaktə- Bəziləri keşişlərə üz tutur, bəziləri poeziyaya. Mənsə dostlarıma üz tuturam. Virciniya Vulf
- Bilinməyən, sirr, xəyali, mifik, möcüzəvi, inanılmaz və hətta dəhşətli olanı aşkar, sadə və sağlam olandan üstün tutmaq cəhalətə xasdır. Həqiqət heç vaxt təxəyyülü mövhumatlar qədər güclü şəkildə sarsıtmaz ki, hər kəsin özünə uyğunlaşdıra bilər. Adi insanlar nağılları dinləməyi hər şeydən üstün tuturlar. Kahinlər və qanunvericilər dinlər uydurur və bu nağıllardan sirlər çıxarırlar. Onlardan adi insanların xarakterinə, xasiyyətinə uyğun istifadə edirdilər. Adi camaatın bu meylinə görə keşişlər, şəriət və qanunvericilər vəcd həvəskarlarına, qadınlara və cahillərə bağlandılar. Bu məzmunda olan insanlar tədqiq edə bilmədikləri fikirləri asanlıqla qəbul edirlər. Saflıq və həqiqi sevgi ancaq təxəyyüllərini araşdırma və düşünməklə təşkil edən müəyyən insanlarda olur. Bir kəndin sakinləri heç vaxt öz keşişindən latın dilini dini nitqlərinə həddən artıq qarışdırdıqda ondan məmnun olmurlar. Cahillər, başa düşmədikləri şeylərdən danışan hər kəsi çox alim hesab edirlər. Bu, qəbilələrin sadəlövhlük prinsipi və onlara rəhbərlik iddiasında olanların təsir və hökmranlığıdır. Pol Anri Holbax
- Bir mədəniyyət sonunun gəldiyini hiss etdikdə, bir keşiş göndərir. Karl Kraus
- … Bu gün artıq dərk etmək zamanıdır ki, nə teoloq, nə keşiş, nə də papa vəd etdikləri ilahi kəlamla nəinki səhvə yol verir, həm də yalan danışırlar – daha “günahsızlıqdan”, yaxud cəhalətdən yalan danışıb-danışmamaq şəxsən onun ixtiyarında deyil. Adi bəndələr kimi keşiş də yaxşı bilir ki, “Allah” deyilən bir şey yoxdur, “günahkar” və “xilaskar” da boş şeydir. – onu da yaxşı bilir ki, “azad iradə”, “mənəviyyat qanunları” da əslində uydurmadan başqa bir şey deyildir. Fridrix Nitsşe
Ə
redaktə- Əxlaq qaydaları vasitəsilə həqiqi olan hər şeyin saxtalaşdırılması bütün eybəcər görkəmi ilə qarşımızdadır: miskin psixologiya, — o, filosofu əyalət keşişinin səviyyəsinə endirir. Fridrix Nitsşe
H
redaktə- Hər diyarda, hər dövrdə keşiş həmişə azadlığın düşməni olub. O, həmişə despotla müttəfiq olur, öz himayədarlığı müqabilində öz istismarını qurur. Tomas Cefferson
K
redaktə- Keşiş anbara dartar, keçi - zəmiyə. Udmurt atalar sözləri
- Keşiş diridən də dartar, ölüdən də. Rus atalar sözləri
- Keşiş ölü gözləyir, məhkəmə - quldur. Rus atalar sözləri
- Keşiş üçün şadlıqdır: istər toy olsun, istər dəfn. Rus atalar sözləri
- Keşişdən qışda buz ala bilməzsən. Rus atalar sözləri
- Keşişin paltarının qolu gen olar, cibi - dərin. Udmurt atalar sözləri
- Keşişlərin qurduğu bu çadırlara baxın! Onlar şit bir ətirlə ətirlənmiş bu daxmaları kilsə adlandırırlar! Fridrix Nitsşe
M
redaktə- Meymun istər kral olsun, istər keşiş - elə meymundur ki, meymun. Alman atalar sözləri
N
redaktə- Niyə də olmasın? Nə də olsa öz malıdır. ("Tanrı ruhunu bağışlasın" deyən keşişə qarşılıq olaraq) - Çarlz Çaplin
P
redaktə- Puldan ötrü keşiş də oynayar. Fin atalar sözləri
U
redaktə- Uşaq olanda anam mənə deyirdi ki, əsgər olsan, general olacaqsan, keşiş olsan, papalığa qədər yüksələcəksən, amma mən rəssam oldum və Pikasso olaraq qaldım. Pablo Pikasso
Y
redaktə- Yaxşı idarə olunan ölkənin hakim dinə və dövlətdən asılı olan keşişlərə ehtiyacı var. Napoleon Bonapart