Elektron kitabxanalar ənənəvi kitabxanaların gələcəyə körpüsüdür. Abuzər Xələfov
Heç kimə kitab verməyin. Çünki mən kitabxanamı oxumaq üçün alıb qaytarmadığım kitablardan qurmuşam. Anatol Frans
Hər kəs cənnəti özü üçün başqa cür təsəvvür edir, mən isə uşaqlıqdan cənnəti kitabxana kimi xəyal edirdim. Xorxe Luis Borxes
Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Heydər Əliyev
Kitabxana insan ruhunun bütün zənginliklərinin xəzinəsidir. Qotfrid Leybnis
Kitabxana övladlarımıza ən qiymətli mirasdır. Ostin Birrell
Kitabxanalar çoxaldıqca, həbsxanalar azalar. Seneka
Kitabxanalar insanlığın tək etibarlı və qalıcı olan yaddaşıdır. Artur Şopenhauer
Kitabxanalar senzuradan başqa hamıya açıq olmalıdır. Con F. Kennedi
Kitabxananız şəxsiyyətinizin aynasıdır. Naməlum
Mənə elə gəlir ki, Cənnət kitabxanaya bənzəyir. Xorxe Luis Borxes
Min dənə qala, min dənə ibadətxana tikin, heç bir şeysiniz; bir dənə kitabxana tikin, hər şeysiniz! Mehmet Murat İldan
Müəllimin evi kitabxanadır, dövləti kiçik şagirdlər, sazı və nəğməsi şagirdlərin savadı, qazancı isə millətin məhəbbət və ehtiramıdır. Sultan Məcid Qənizadə
Mümkün olsaydı da yurdumdakı meyxanələri həp kütübxanə yapardım. Hüseyn Cavid
Özünüzü gücsüz və tək hiss etdiyiniz zaman kitabxanalara qaçın. Naməlum
Spinozanın kitabxanasında 60 kitab varmış. Deməli, yaxşı seçilmiş 60 kitab, dahi bir filosof olmaq üçün kifayət edərmiş. Naməlum