A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Amansız hökmdarı, savadsız müəllimi, qəzəbli arvadı və laqeyd qohumları təcili tərk etmək lazımdır. Çanakya
  • Azadlığın çox olmasını görən insanlar pul, hakimiyyət ardınca qaçmağa başlayıblar, tamahkar və laqeyd olublar. Hər şeyin günahkarı [1] Cabir İmanov

B redaktə

  • Biz ətrafımızda törənən hadisələrə azacıq belə laqeyid baxa bilmərik. Öz yaradıcılığında həyatdan qida almayan, xalqın ruhunu biməyən, mübarizədən kənarda qalaraq hadisələrə qarşı laqeyd olan sənətkar cəmiyyət üçün deyil, özü üçün yarada bilər. Üzeyir Hacıbəyli

D redaktə

  • Dəyişkən ağıl uğur qazanmaq iqtidarında deyil. Əgər biz səylərimizin nəticəsinə laqeyd yanaşsaq, onda hər şey boşa çıxar. Çanakya

H redaktə

  • Həqiqətən aşiq olmaq üçün çox doymuşam; laqeyd qalmaq üçün çox həssasam. Xülasə, uzun müddət evli olmaq üçün çox zəifəm. Frederik Beqbeder
  • Həqiqi dövlət xadimi ilk növbədə xırda ehtiraslara laqeyd qalmalıdır. Onore de Balzak
  • Hər gün elə yaşamaq lazımdır ki, sanki həyatınızın son gününü yaşayırsınız. Heç vaxt təlaşlanmayın, heç vaxt laqeyd olmayın, heç vaxt süni pozalar almayın. Xarakterin mükəmməlliyi məhz bunlardadır. Həyatımız, fikirlərimizdən irəli gələn şeydir. Mark Avreli
  • Həya və namus paltar kimidir, qiymətdən düşdükcə ona laqeyd yanaşırsan. Apuley

X redaktə

  • Xırda şeylərdə həqiqətə laqeyd yanaşana əhəmiyyətli məsələlərdə də etibar edilmir. Albert Eynşteyn

Q redaktə

  • Qadınlar onları sevənlərə laqeyd yanaşır, ona laqeyd olanları sevirlər. Miqel de Servantes
  • Qısqanc adaxlılardan laqeyd ərlər çıxır. Mayn Rid

L redaktə

  • Laqeyd, kafir, günahkar, diqqətsiz və ya təcrübəsiz bir adama dini xüsusları əhd etmə. Belə adamlara dövlət idarəsini tapşırma. Allahdan qorxmayan məxluqlardan qorxmaz. I Osman
  • Laqeyd olmayın, çünki laqeydlik insan ruhu üçün ölümcüldür. Maksim Qorki

N redaktə

  • Nankor oğul özgələrdən daha pisdir: o cinayətkardır. Çünki, oğulun anaya laqeyd münasibət göstərməyə haqqı yoxdur. Gi de Mopasson

O redaktə

  • Onlar qayğısız canlılardır, Tom və Dezi, onlar bütün öz laqeydlikləri ilə və nələrlə hər şeyi və insanları sındırırlar, sonra da öz pullarının arxasında gizlənirlər, tökdüklərini isə başqalarına yığışdırtdirırlar, budur onların ittifaqı. Böyük Getsbi

İstinadlar redaktə