Mühafizə
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Allah hürriyyəti ancaq onu sevənlərə, onu mühafizə və müdafiəyə hazır olanlara verir. Daniel Vebster
B
redaktə- Bilin ki, Allahın elmini qoruyan bəndələr vardır ki, onu mühafizə edərlər; qaynaqlarını axıdarlar. Bir-birləriylə uyğunlaşıb görüşərlər, bir-birlərini sevib qovuşarlar. Bir-birlərinə elm və hikmət piyaləsini verərlər, onu içib vəfa və nəsihətdən sirab olarlar. Onların saf könlünü şübhə bulandırmaz, qeybət onlara yol tapmaz. Yaradılışları, təbiətləri belədir: bu təbiətlə sevişərlər, bu təbiətlə bir-birlərinə uyğunlaşarlar. Onlar əkin üçün ayrılmış ən gözəl toxumlardır; pisləri ayaqlanıb atılmışdır; yaxşıları seçilib götürülmüşdür. Mahiyyətlərinin doğruluğu onları seçmişdir; sınaqlar onları yoxlamışdır. Həzrəti Əli
- Bizi güclü edən yediklərimiz deyil, həzm etdirdiklərimizdir. Bizi varlı edən qazandıqlarımız deyil, mühafizə etdiklərimizdir. Bizi elmli edən oxuduqlarımız deyil, beynimizə yerləşdirdiklərimizdir. Frensis Bekon
E
redaktə- Evlənməyin səbəbi iki şey olmalıdır: malın mühafizəsi, nəslin davamı. Burada şəhvətin söndürülməsi, ya başqa məqsədin güdülməsi doğru olmaz. Nəsirəddin Tusi
- Ey Türk Gəncliyi! Birinci vəzifən, Türk istiqlalını, Türk Respublikasını, əbədi, mühafizə və müdafiə etməkdir. Mustafa Kamal Atatürk
Ə
redaktə- Əxlaqının gözəlliyi baxımından bütün dünya əhlindən üstün idi və cəmi əmrlərində və qadağalarında Ulu Tanrının qorxusunu göz önündə saxlayardı. Ümumi camaatla və bütün insanlarla ədalətlə rəftar edərdi. Zalımları cəzalandırmağa, məzlumları himayə etməyə çalışırdı. Əkinçiliyin artırılmasına, aləm əhlinin ərzaq təminatının səbəbkarı olan kəndlilərə və əkinçilərə qayğı göstərilməsinə səy edib diqqət yetirirdi. Məmləkətlərin qorunması və yolların mühafizəsi üçün ədalətli naiblər və yetərincə qabiliyyətli məmurlar təyin edirdi. Əsgərlərin ülufələrinin verilməsi və haqq sahiblərinin yaşayışının təminatı yönündə bir dəqiqə belə səhlən-karlıq etməzdi. Din əmrinə rəvac verilməsində, peyğəmbərlərin ağasının (Məhəmməd peyğəmbərin) şəriətinin hökmlərin yerinə yetirilməsində, xeyriyyə binalarının təmirində, mədaxilin və vəqflərin artımında səylər göstərdi. Üzüyünün möhüründə [ərəbcə] belə nəqş edilmişdi: "Ədalət göstərən məlik (padşah) olar, zülm edən həlak olar". [1]Həsən bəy Rumlu
- Ətraf mühiti təkcə qanunvericilik aktlarının tədbirləri ilə mühafizə etmək olmaz. Əhaliyə təbiəti mühafizə haqqında geniş məlumat vermək, onun yollarını göstərmək lazımdır. Hər bir vətəndaşın ekoloji mədəniyyətinin və savadının formalaşmasında təbliğatın rolu böyükdür. Həsən Əliyev
F
redaktə- Filosoflar və sufilər nə deyirlərsə desinlər: dirilik dünyanı sevməkdən və öz hüquq və namusunu mühafizə edə biləcək qədər qüvvətli olmaqdan ibarətdir. Məmməd Əmin Rəsulzadə
H
redaktə- Hafizə ona deyilir ki, ağıl, təsəvvür, təfəkkür və ya təxəyyül vasitəsilə ümumiləşdirilib yığcamlaşdırılmış anlayışlar (surətlər) yaxşı mühafizə edilib, yaxşı yadda saxlanıla bilsin. Nəsirəddin Tusi
- Həya insan ruhunun əsasıdır. İnsanı insan olaraq mühafizə edən də budur. Nasir Xosrov
İ
redaktə- İngilis bankı öz müştərilərinin ləyaqətini ciddi şəkildə qoruyur. Ona görə də onun nə mühafizəsi, nə də dəmir barmaqlıqları var. Qızıl, gümüş, bank biletləri açıq şəkildə, hər yerdə “səpələnib” və necə deyərlər, hər yoldan ötənin “insafına” buraxılıb. Jül Vern
Q
redaktə- Qoçaqlıq ona deyilir ki, nəfs öz möhkəmliyi üzərində hakim olsun, qorxu vaxtı səbir və təmkinini mühafizə etsin, nizam-intizamsız hərəkətlərə yol verməsin. Nəsirəddin Tusi
- Qulun Allahu təalanı sevməsində səmimi olub olmadığı, başına bəla və müsibət gəldiyi zaman ortaya çıxar. Bəla və müsibət gəldiyində səbir və sakitlik halını mühafizə edə bilirsə, o həqiqətən Allahu təalanı sevir deməkdir. Müsibət və kasıblıq zamanında stabillik göstərə bilmək bu sevgiyə sübut və əlamət edildi. Biri Hz. Məhəmmədə; "Mən səni sevirəm" dəyəndə; "Kasıblıq üçün bir paltar hazırla" buyurdu. Bir başqası gəlib Hz. Məhəmmədə; "Mən Allahu təalanı sevirəm" dəyəndə; "Bəla üçün paltar hazırla" buyurdu. Əbdülqədir Geylani
M
redaktə- Məmləkətlət qılıncla alınır, lakin ədalətlə mühafizə edilir. Teymurləng
N
redaktə- Nəsillərin zəif yaddaşını yalnız əfsanələr mühafizə edir. Stanislav Eji Lets
T
redaktə- Tanrı evi qorumursa, onu mühafizə edənlər əbəs yerə qoruyurlar. Səfillər (Viktor Hüqo)
Ü
redaktə- Ümid ruhun gəncliyidir. Ümidlərini daim mühafizə edən adam nə qədər yaşa dolsa da, qocalmaz. Epikür
Y
redaktə- Yaddaşsız baş mühafizəçisi olmayan qala kimidir. Napoleon Bonapart
İstinadlar
redaktə- ↑ Həsən bəy Rumlu. Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı). Kastamonu: Uzanlar, 2017. s.96-97.