Bir kişi, bir qadına məktublar yazdığında bunu, irəlidə o qadını başdan çıxarmaq üçün yaşayacağı mühiti hazırlamaq üçün edər. Bu qadın bu məktubları gizliədirsə bunu, bu gün göstərdiyi ağız möhkəmliyinin, gələcəkdə yaşayacağı macəranı güvən altına alması üçün edər. Bunları üstəlik bir də saxlasa bu, gələcəkdəki macəranı bir eşq olaraq düşünməyə hazır olduğunu göstərər... Milan Kundera
Ətraf mühiti təkcə qanunvericilik aktlarının tədbirləri ilə mühafizə etmək olmaz. Əhaliyə təbiəti mühafizə haqqında geniş məlumat vermək, onun yollarını göstərmək lazımdır. Hər bir vətəndaşın ekoloji mədəniyyətinin və savadının formalaşmasında təbliğatın rolu böyükdür. Həsən Əliyev
İçki məclisində ayıq adama münasibət necədirsə, naqis mühitdə düz adama münasibət də elədir. Əbu Turxan
İnsanın xoşbəxtliyi üçün içindəki işıq yetərli deyil; yaşadığı mühit də işıqlı olmalıdır. Əbu Turxan
İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığına, ekoloji vəziyyətə, udduğumuz havaya, içdiyimiz suya, bütün bunlara biz çox böyük diqqət göstərməliyik. İlham Əliyev
Yaşadığımız həyatda söz sahibi olmaq istəyiriksə, ruhani yaşantıların enerjisi həyatımıza cəlb olunan ictimai mühiti işıqlandırmaq və canlandırmaq üçün yetərli olmalıdır. Tur Xander